Gəncə şəhərində uşaq və yeniyetmələr arasında badminton üzrə şəhər birinciliyi keçirilib.

Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunan yarışda 60-a yaxın qız və oğlan badmintonçu qüvvəsini sınayıb. Mübarizələrdə 4 yaş qrupunda – 2008-2009, 2010-2011, 2012-2013 və 2014-2015-ci il təvəllüdlü məktəblilər bacarıqlarını ortaya qoyublar.

Şəhər birinciliyi həm tək, həm cüt, həm də qarışıq növdə baş tutub. Sonda fəxri yerlərdə qərarlaşan idmançılar diplomla təltif ediliblər.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp