Azərbaycanda “Qarabağ”, “Neftçi” və “Zirə”nin formasını geyinmiş Donald Gerye karyerasını bərpa edib.

Futbolinfo.az saytı xəbər verir ki, 35 yaşlı sol cinah müdafiəçisi Almaniyada çıxış edəcək.

Bu ilin əvvəlində Litva klubu “Panevejis”dən ayrıldıqdan bəri klubsuz olan Haiti millisinin sabiq üzvü Almaniyanın 6-cı liqa komandası “Kosmos”la birillik müqavilə bağlayıb. “Kosmos” Geryeni klub tarixinin ən önəmli transferi kimi təqdim edib.

Qeyd edək ki, Donald Gerye karyerası ərzində Azərbaycan və Litva ilə yanaşı, Polşa, Türkiyə və Kiprdə də legioner həyatı yaşayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp