Digər idman növləri
Gözəlbəyli Çelenc kubokuna təyinat aldı

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.
Futbolinfo.az xəbər verir ki, Gözəlbəyli kişi voleybolçular arasında Çelenc kubokunun 1/16 final matçının supervayzeri təyin edilib.
O, noyabrın 21-də Bakıda keçiriləcək “Xarı Bülbül Şuşa” – “Panatinaikos” (Afina) klublarının qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.
Görüşün hakimləri türkiyəli Ramazan Cevik və monteneqrolu Jelena Mitroviç olacaq.
