Bizi izləyin

Ölkə futbolu

Güclənmək üçün dəyişən “Zirə”

blank
blank

2023/24 mövsümünü uğurlu keçirən, sezonun sonunda həm Misli Premyer Liqası, həm də Azərbaycan Kubokunda ikinci olan “Zirə”dən yeni mövsümdə də gözləntilər böyükdür. İlk sınaq isə avrokuboklardan başlayacaq.

Avropa Liqasında oynamaq hüququ qazanan “Zirə” turnirin I təsnifat mərhələsində “Şerif”lə üz-üzə gələcək. Həm Moldova təmsilçisi ilə oyunun, həm də ümumilikdə 2024/25 sezonunun hazırlığına hamıdan tez başlayan “qartallar”ın heyətində dəyişikliklər baş verib.

Gözlənilən gedişlər və qaranlıq qalan ayrılıq

Baş məşqçi Rəşad Sadıqov ötən sezon bitən kimi əvvəlcə istəmədiyi futbolçuları yola saldı. Onların sırasında yerlilər də oldu, legionerlər də.

Gedişi ilk açıqlanan futbolçu Vladislav Kulaç oldu. Ukraynalının başa çatan müqaviləsinin yenilənməsinə ehtiyac duyulmadı. Ardınca uzun illər “Zirə”də oynamış İlkin Muradov və ötən sezonun ikinci yarısında komandaya cəlb edilmiş Sezar Meza Kolliyə yeni müqavilə təklif edilmədi. İlkin əsas heyət üzvü deyildi, Kulaç da son vaxtlar ilk “11-lik”dən kənarda qalırdı. Bu mənada onların gedişi qəsəbə təmsilçisinə problem yaratmamalıdır. Sezarla qısa müddətdən sonra yolların ayrılması isə qaranlıq qaldı. Belə olacaqdısa, o zaman Meza Kollini mövsümün gedişində “Zirə”yə cəlb etməyin nə mənası var idi?

Sadıqovu razı salmayan Sadıxov

Gedişi açıqlanan növbəti futbolçu Dimitrios Çantakias oldu. Yunanıstanlı müdafiəçi zəif təsir bağışlamasa da, çox güman ki, hakimlər və rəqib futbolçularla tez-tez mübahisə etməsi və bu üzdən lazımsız vərəqələr almasına görə onunla əməkdaşlığın davam etdirilməsi lazım bilinmədi.

Gedənlər karvanına Rəhim Sadıxov da qoşuldu. Rəhim heyətin aparıcı üzvlərindən sayılsa da, etiraf edək ki, keçən mövsüm ona bəslənən ümidləri tam doğrultmadı, imkanlarından aşağı səviyyədə təsir bağışladı. Bu mənada, həm “Zirə”yə yeni 10 nömrə lazım idi, həm də Rəhimə dəyişiklik. Sadıqov artıq bu ampluada başqa futbolçuya güvənəcək, Sadıxov isə xoşbəxtliyin açarını “Sumqayıt”da axtaracaq.

Silvaya layiqli əvəzləyici

“Zirə” yay fasiləsi start götürən kimi transferlərə də başladı. Qəsəbə klubunun bu yay ilk transferləri Aydın Bayramov və Elçin Əlicanov oldu. Hər iki futbolçu ilə 2 illik müqavilə imzalandı. Ötən mövsümü “Turan Tovuz”da keçirmiş Aydının transferini düzgün qərar saymaq olar. Birincisi, Sadıqov qapı xəttini mütləq gücləndirməli, portuqaliyalı qolkiper Tiaqo Silvaya layiqli əvəzləyici, onunla rəqabət apara biləcək “çərçivə” qoruyucusu tapmalı idi. Milli üzvü də olan Bayramovun gəlişi komandadakı rəqabəti artıracaq. Yeni 1 illik müqaviləyə qol çəkən 39 yaşlı Anar Nəzirov isə üçüncü qapıçı olacaq.

“Kəpəz”dən transfer edilən Elçin Əlicanova da baş məşqçinin inamı böyükdür. Ötən mövsüm mütəmadi olaraq meydanda olan Elçin yeni komandasının müdafiə xəttində rəqabəti gücləndirəcək. Bu iki oyunçu həm də limit baxımından fayda verəcək.

Bayramov və Alıyevlə yeni müqavilə

Ardınca 2023/24 mövsümünü “Zirə”də icarə əsasında keçirmiş Fuad Bayramovun məsələsi həll olundu. Fuadı “Şamaxı”dan birdəfəlik transfer edən “qartallar” cinah müdafiəçisi ilə 3 illik müqavilə imzaladılar. Bunun fonunda kapitan Qismət Alıyevin də sözləşməsinin müddəti 2 illik uzadıldı. Hər iki futbolçu ötən mövsümü inamlı keçirib və onlara məşqçilər korpusunun inamı böyükdür.

“Qarabağ”lılar daha 1 il “Zirə”də

Sadıqovun əməkdaşlığı davam etdirmək istədiyi digər oyunçular İsmayıl İbrahimli və Rüstəm Əhmədzadə oldu. Ötən mövsümü icarə əsasında qəsəbə təmsilçisində keçirmiş futbolçular daha 1 il müddətinə “Qarabağ”dan icarəyə götürüldülər. İsmayıl baş məşqçinin yarımmüdafiənin mərkəzində ən çox güvəndiyi futbolçulardandır. Rüstəm də komandaya faydalı futbolçudur. Zədələrdən qaça bilsə, “Zirə”yə daha çox xeyir verər.

Bombardirin dönüşü

Heyətin komplektləşdirilməsinə davam edən “Zirə” iki önəmli transfer həyata keçirdi. Əvvəlcə “Sabah”dan Davit Volkovun heyətə cəlb edildiyi açıqlandı. “Zirə” ilə 2 illik müqavilə bağlayan gürcüstanlı forvard “qartallar” üçün tanış simadır. 2020-2022-ci illər aralığında da qəsəbə təmsilçisinin formasını geyinmiş Volkov “Zirə” tarixinin ən çox qol vuran futbolçusudur. Volkovun keçidini uğurlu saymaq olar. Birincisi, sabiq komandasına qısa zamanda uyğunlaşa biləcək. İkincisi, Rəşad Sadıqov onu həm hücumun mərkəzində, həm də cinahda oynada bilər.

Martins üçün yeni çağırış

Növbəti transfer “Kəpəz”dən tanıdığımız, Gəncə klubunun liderlərindən sayılan Junior Martins oldu. Braziliyalı hücumçu ilə 3 illik müqavilə imzalandı. Martinsin transferi çox düzgün qərardır. 24 yaşlı “sambaçı” Sadıqovun taktikasına tam uyğun futbolçudur. Hücumun istənilən nöqtəsində oynamağı və rəqibin müdafiə xəttini gərginlikdə saxlamağı bacarması ilə yanaşı, uzaq məsafədən qüvvətli zərbələrinin olması da onun “Zirə” üçün faydalı olacağını deməyə əsas verir. Martinslə 3 illik müqavilə müddəti də Rəşad Sadıqovun ona böyük ümidlər bəslədiyini göstərir.

Çantakiasın yerinə Ruanda millisinin üzvü

“Zirə”nin hələlik son transferi Ange Mutsinzidir. Norveçin “Jerv” klubundan transfer olunan ruandalı müdafiəçi ilə 3 illik müqavilə bağlanılıb. 26 yaşlı futbolçu “Zirə”dən ayrılan Dimitrios Çantakiasın yoxluğunu hiss etdirməməlidir. Karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın isə “Trofense” klubunda çıxış edən Ange həm də Ruanda millisinin üzvüdür. O, yığmanın heyətində buvaxtadək 16 oyun keçirib.

Diqqət çəkən məqam “Zirə”nin həm öz futbolçuları, həm də yeni transfer etdiyi oyunçularla uzunmüddətli müqavilə imzalamasıdır. Ange Mutsinzi, Junior Martins və Fuad Bayramovla 3, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanov, Qismət Alıyevlə isə 2 illik sözləşməyə qol çəkilib.

Gedişat “Zirə”nin zəifləmədiyini, əksinə gücləndiyini deməyə əsas verir. Ancaq bunun “Şerif” səddini keçmək üçün yetərli olub-olmadığını demək çətindir. Komandaya daha bir neçə güclü yeni oyunçunun cəlb edilməsi əla olardı. Bu isə klubun büdcəsindən və təklif edilən futbolçuların səviyyəsindən asılıdır.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-12 20:40

AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı

blank
Ölkə futbolu2024-07-12 20:18

Şeydayev “Kocaelispor”dan ayrıldı – “Neftçi”yə gəlir

blank
Dünya futbolu2024-07-12 20:00

“İnter” baş məşqçisi ilə bağlı qərarı rəsmən açıqladı

blank
Digər idman növləri2024-07-12 19:31

Ağayeva Dünya Kubokunda finala yüksəldi

blank
Dünya futbolu2024-07-12 19:00

“Mançester Yunayted”dən 36 yaşlı futbolçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-07-12 18:45

Millimiz AÇ-nin təsnifat məshələsinin hazırlığına start verdi

blank
Digər idman növləri2024-07-12 18:31

“Bu hissləri yenidən yaşamaq çox xoşdur”

blank
Digər idman növləri2024-07-12 18:17

Cokoviç məşhur jurnal üçün fotosessiya etdi

blank
Dünya futbolu2024-07-12 17:59

Gürcü futbolçu 6 milyona satıldı

blank
Dünya futbolu2024-07-12 17:40

“Mançester Yunayted”də yeni müqavilə

blank
Dünya futbolu2024-07-12 17:25

“Mançester Siti” Qomesi satdı

blank
Milli komanda2024-07-12 17:13

İki komandanın baş məşqçisi bəlli oldu

blank
Ölkə futbolu2024-07-12 17:09

“İrəvan”ın qovulma səbəbi

blank
Ölkə futbolu2024-07-12 17:00

“Kəpəz”dən növbəti transfer

blank
Dünya futbolu2024-07-12 16:41

Klopp fəxri səfir seçildi

blank
Dünya futbolu2024-07-12 16:22

Nistelroy yenidən “Mançester Yunayted”də

blank
Ölkə futbolu2024-07-12 16:08

Uğurlu startın səbəbləri

blank
Dünya futbolu2024-07-12 15:51

UEFA yeni qayda tətbiq edəcək

blank
Digər idman növləri2024-07-12 15:36

Avropa çempionatına start verildi

blank
Ölkə futbolu2024-07-12 15:20

“Azərbaycana hazır qayıtmaq istəyirik”

blank
Digər idman növləri2024-07-12 15:03

Azərbaycan gimnastlarından Portuqaliyada bürünc medal

blank
Dünya futbolu2024-07-12 14:48

Ukrayna millisi ev oyunlarını bu ölkələrdə keçirəcək

blank
Ölkə futbolu2024-07-12 14:33

Baxşıyev Maçadonu da yanına gətirir

blank
Dünya futbolu2024-07-12 14:18

“Sabah”ın rəqibindən yeni transfer

blank
Digər idman növləri2024-07-12 14:01

Azərbaycanın daha bir atleti Paralimpiya Oyunlarında iştirak edəcək

blank
Müsahibə2024-07-12 13:47

Renduliç razıdır: “Rəhbərlik komandanı gücləndirəcək variantlar üzərində çalışır”

blank
Ölkə futbolu2024-07-12 13:30

Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq

blank
Ölkə futbolu2024-07-12 13:14

Çempion braziliyalı ilə gücləndi

blank
Ölkə futbolu2024-07-12 13:00

Danışılmış oyunlarla bağlı seminar keçirildi

blank
Digər idman növləri2024-07-12 12:46

“Uimbldon”da finalçılar məlumdur

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm