Fransalı velosipedçi Julien Bernard “Tour de France”ın yeddinci mərhələsində həyat yoldaşını qucaqladığına və tamaşaçılarla danışdığına görə cərimələnib.

Bernard bu mərhələni 61-ci yerdə başa vurub. O, sırf bu anı yaşamaq üçün hər gün belə cərimə ödəməyə razı olduğunu da bildirib.

“Bu günü həqiqətən səbirsizliklə gözləyirdim. Bilirdim ki, həyat yoldaşım və dostlarım gəlib. İdmanın imicinə xələl gətirdiyimə görə üzr istəyirəm. Amma mən hər gün 200 İsveçrə frankı ödəməyə və bu anı yenidən yaşamağa hazıram”, – deyə Bernard sosial şəbəkələrdə hadisədən sonra yazıb.

Cərimə 200 İsveçrə frankı təşkil edib. Təşkilatçılar velosipedçinin davranışını nalayiq və yersiz hesab edərək, həmçinin onu idmanın imicinə xələl gətirməkdə ittiham ediblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp