Dünya futbolu
Halanddan daha bir rekord
İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutan “Vulverhempton”la oyun “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, bu oyunda 3 qol vuran futbolçu yeni rekorda imza atıb.
Çempionatdakı 19-cu matçında 4-cü het-trikini gerçəkləşdirən norveçli forvard bu göstəriciyə ən tez çatan oyunçu olub.
Bundan əvvəlki rekord “Mançester Yunayted”in niderlandlı sabiq hücumçusu Rud van Nistelroya məxsus idi. Lakin o, bunu 65 oyuna bacarmışdı.
3-cü sırada Luis Suares (81 görüş), 4-cü yerdə Alan Şirer (86), 5-ci pillədə isə Robbi Fauler (89) qərarlaşıb.
- Ölkə kuboku2024-02-09 20:56
“Qarabağ”ın yarımfinaldakı rəqibi “Neftçi” oldu
- Milli komanda2024-02-08 21:39
Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Milli komanda2024-02-09 11:01
“Azərbaycanla bağlı pis xatirələrimiz var”
- Ölkə futbolu2024-02-09 13:27
Mahir Emreli yeni təkliflərdən danışdı: “Zədə bu məsələdə böyük rol oynadı”