Bizi izləyin

Layihə

Heydər Əliyev və idman

blank
blank

“Heydər Əliyev İli”, VII yazı: Heydər Əliyevin bizə bəxş etdiyi idman qurğuları

Bundan əvvəlki yazıda Heydər Əliyevin hakimiyyəti dövründə respublikamızda inşa edilən idman qurğularının bəzilərinə geniş diqqət ayırmışdıq. Bunu davam etdirərək digər obyektlərlə yaxından tanış olaq.

Otüstü Hokkey Kompleksi

Vaxtilə respublikamızda məşhur olan idman növlərinin yenidən dirçəldilməsini Heydər Əliyev prioritet kimi görürdü. Otüstü hokkey Azərbaycanda populyarlığına görə digər idman növlərindən seçilirdi. SSRİ dönəmində Ümummilli Liderin təşəbbüsü ilə inşa edilmiş “Rabitəçi” idman kompleksi uzun müddət bu idman növünün inkişafı üçün istismar edilsə də, artıq müasir tələblərə cavab vermirdi. Məhz bu səbəbdən də Ulu Öndərin tapşırığı ilə ölkəmizdə yeni idman kompleksi yaradıldı.

blank

Şəhərin mərkəzində müasir tələblərə cavab verən otüstü hokkey kompleksinin inşası bu idman növünün inkişafı üçün perspektivlər yaratdı. Burada beynəlxalq turnirlər təşkil edildi.

Stend Atıcılığı üzrə İdman Kompleksi

Bu idman qurğusu da Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi son dövrlərdə tikilib istifadəyə verilib. Azərbaycanda ilk dəfə inşa etdirilən bu atıcılıq stendi idmançılarımız Sidney Olimpiya Oyunlarından uğurla döndükdən sonra Ümummilli Liderin təşəbbüsü ilə tikilib.

blank

Binəqədi rayonunda, motodromun arxasında, geniş ərazidə salınmış bu idman mərkəzi stend atıcılığı ilə məşğul olan idmançılarımız üçün böyük hədiyyədir. Bu kompleks indiyədək beynəlxalq yarışlara hazırlıq üçün xarici ölkələrə gedən idmançılarımızın məsul yarışlara bundan sonra vətəndə hazırlaşması üçün geniş imkanlar yaradır. Bundan başqa, idmanın bu növü ilə məşğul olmaq üçün hər bir şəraiti olan kompleks ölkəmizdə beynəlxalq yarışların keçirilməsinə imkan verir.

Olimpiya kompleksləri

Hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev idmanın ölkənin bütün regionlarında inkişaf etdirilməsi üçün bir neçə vacib addım atdı. Onlardan ən əhəmiyyətlisi ölkənin müxtəlif yerlərində Olimpiya komplekslərinin tikintisi idi.

İlk Olimpiya kompleksi paytaxt Bakıda inşa edildi. Bədən Tərbiyəsi İnstitutuna və Tofiq Bəhramov adına Respublika Stadionuna yaxın ərazidə tikilməklə şəhərdə idman rayonu yarandı. Gənclik Olimpiya Kompleksi idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün gözəl imkanlar yaratdı.

blank

Kompleks iki böyük zaldan ibarətdir. 2000-ci ildə istifadəyə verilən kompleksin böyük zalı 560 nəfər azarkeş tutumuna malikdir. Bura komanda idman növləri üçün nəzərdə tutulub. 430 nəfərlik digər zal isə əlbəyaxa döyüş növləri üçündür.

Gənclikdəki Olimpiya Kompleksindən sonra Bakının Maştağa qəsəbəsində böyük bir idman qurğusu inşa etdirildi. Sonra isə Olimpiya kompleksləri Bakı şəhərindən kənara çıxmağa başladı. İlk böyük inşaat işləri Naxçıvanda aparıldı. İki böyük zaldan ibarət olan kompleks şəhər stadionunun yaxınlığında yerləşir. Burada da böyük zalda komanda idman növləri üçün şərait yaradılıb. Kiçik zalda isə gimnastika, boks, karate növləri üzrə məşğələlər aparılır.

Ardınca daha böyük bir Olimpiya kompleksi Gəncədə açıldı. Yarım milyona yaxın əhalisi olan şəhərdə belə bir kompleksə çoxdan ehtiyac var idi. Futbolu ilə daim tanınan Gəncədə məhz şəraitin olmamasına görə digər idman növləri inkişafdan qalmışdı. Xüsusilə də komanda idman növləri şəhər əhalisinin böyük marağına baxmayaraq, təşəkkül tapmamışdı. Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Olimpiya Kompleksi bu problemləri birdəfəlik aradan qaldırıldı.

Şəhərin Yeni Gəncə adlanan hissəsində inşa edilən kompleks monolit konstruksiyaya malikdir. Böyük zal 920 nəfər azarkeş tutumuna malikdir. Kompleks Heydər Əliyevin şəxsi xeyir-duası ilə açıldı. 2002-ci il sentyabrın 12-də Gəncə şəhərinə gələn Ulu Öndər bu qurğunun rəsmi açılışını etdi.

blank

Həmin gün kompleksin ətrafına toplaşmış minlərlə insanın qarşısında nitq söyləyən Ümummilli Liderin sözlərində onun idmanı nə qədər sevdiyi sezilirdi: “Biz çalışırıq ki, gənclərimiz üçün, onların sağlamlığını təmin etmək üçün müxtəlif idman kompleksləri yaransın. İdmanın kütləviliyi üçün şərait yaransın. Azərbaycan Milli Olimpiya Komitəsinin bu sahədə gördüyü işlər çox yüksək qiymətə layiqdir. İndi əsas vəzifə yaradılmış bu imkanlardan səmərəli istifadə etməkdir. Gənclər nə qədər həvəs göstərsələr, bu kompleksin imkanlarından istifadəyə çalışsalar, o qədər udmuş olacaqlar”.

Olimpiya komplekslərinin tikintisi artıq ənənə halını almışdı. Adlarını sadaladığımız şəhərlərdən başqa, Şəki, Bərdə, Lənkəran, Quba və digər bölgələrimizdə də Olimpiya kompleksləri inşa edildi. Bu tendensiya nəticəsində artıq ölkə ərazisinin, demək olar ki, bütün hissələrində idmanla məşğul olmaq üçün şərait yaradıldı.

(VI yazı ilə bu linkdən tanış ola bilərsiz)

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


Ölkə futbolu2023-05-25 15:07

Mövsümün son turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2023-05-25 14:44

AFFA “Şamaxı”nı Premyer Liqada saxlamaq istəyir?

blank
Dünya futbolu2023-05-25 14:21

Lempard: “Yarımmüdafiədə istənilən vəzifəni icra edə bilər”

blank
I Divizion2023-05-25 14:00

I Divizion: Danışılmış oyunlara görə 7 şəxs futboldan uzaqlaşdırıldı

blank
I Divizion2023-05-25 13:41

“Sumqayıt” əsasnamənin tələblərini pozduğuna görə cərimələndi

blank
Premyer-liqa2023-05-25 13:23

Qoba Zakpaya qeyri-etik hərəkətinə görə 3 oyunluq cəza

blank
Ölkə futbolu2023-05-25 13:00

“Sabah”ın çempionluq oyunu – VİDEO

blank
Ölkə futbolu2023-05-25 12:42

“Sabah” Avstriyaya gedəcək

blank
Digər idman növləri2023-05-25 12:21

Güləşçilərimiz üçün Bişkek sınağı

blank
Digər idman növləri2023-05-25 12:00

Boksçumuz Polşada yarımfinala vəsiqə qazandı

blank
Dünya futbolu2023-05-25 11:47

Lukaku Milanda xoşbəxtdir, amma…

blank
Ölkə futbolu2023-05-25 11:30

“Sabah”ın Masazır israrı

blank
Dünya futbolu2023-05-25 11:15

İnyesta Yaponiya klubundan ayrılır

blank
Dünya futbolu2023-05-25 11:00

Dadaşov millimizə görə komandasının toplanışına gec qoşulacaq

blank
Digər idman növləri2023-05-25 10:45

Yarış günü Monakoda da yağış olacaq

blank
Digər idman növləri2023-05-25 10:31

MBA superulduzu Monakoda

blank
Digər idman növləri2023-05-25 10:17

Reytinq cədvəli: qadınlarda lider dəyişə bilər

blank
Digər idman növləri2023-05-25 10:00

Millimizin üzvləri “Tour of Albania”da ən güclülər sırasında

blank
Dünya futbolu2023-05-25 09:40

Lukas firkrini dəyişdi – PSJ-yə gedir

blank
Dünya futbolu2023-05-25 09:19

“İnter” “Roma”ya çatdı

blank
Dünya futbolu2023-05-25 09:00

Krivotsyuk oynamadı, komandası dayandı

blank
Dünya futbolu2023-05-25 08:45

Mustafayevli “Aleksandriya” xalla döndü

blank
Ölkə futbolu2023-05-25 08:30

Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu

blank
Dünya futbolu2023-05-25 02:14

“Real”dan çətin qələbə

blank
Dünya futbolu2023-05-25 01:53

“İnter”dən İtaliya kubokunda ardıcıl 2-ci zəfər

blank
Dünya futbolu2023-05-25 01:35

“Fənərbaxça” finalda!

blank
Dünya futbolu2023-05-25 01:14

“Mançester Siti”dən “Brayton”la heç-heçə

blank
Dünya futbolu2023-05-25 00:44

La Liqa klubunda ayrılıq

blank
Ölkə futbolu2023-05-24 23:40

“Sumqayıt” çempion oldu

blank
Dünya futbolu2023-05-24 23:02

İbrahimoviç azarkeşlərlə meydanda vidalaşmaq istəyir

blank
Ölkə futbolu2023-05-25 13:00

“Sabah”ın çempionluq oyunu – VİDEO

blank
Premyer-liqa2023-05-22 22:13

“Qəbələ” Şamaxıdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:36

Tovuzda 4 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:15

“Sabah”la “Zirə”dən qolsuz “sülh” – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:04

“Qarabağ” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 20:40

“Kəpəz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 15:07

“Neftçi”də 3 itki – VİDEO

blank
Premyer-liqa2023-05-17 22:06

“Sabah”dan “Sumqayıt”a 4 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-05-16 22:40

Şenol Günəşlə Cenk Tosun “Sabah”la oyun haqda – VİDEO

blank
Premyer-liqa2023-05-14 23:49

“Şamaxı” “Neftçi”dən belə xal aldı – VİDEO

blank
Ölkə futbolu2023-05-14 15:19

“Sabah”la “Beşiktaş”dan 6 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-13 23:47

“Səbail” “Qarabağ”a böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-13 21:15

“Turan Tovuz” Qəbələdən 3 xalla döndü – VİDEO

blank
Premyer-liqa2023-05-12 22:11

“Kəpəz” Zirədən 1 xalla döndü – VİDEO

blank
Ölkə futbolu2023-05-11 23:13

“Beşiktaş”ın futbolçularından “Sabah”la xeyriyyə matçına çağırış – VİDEO

blank
Digər2023-05-10 13:30

AMADA “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər keçirib – VİDEO

blank
Premyer-liqa2023-05-08 23:55

“Qarabağ”dan “Qəbələ”yə 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 22:16

“Səbail”dən Sumqayıtda əzmkar qələbə – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:53

“Turan Tovuz”dan “Neftçi”yə 4 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:38

“Futbolçularımızda “Neftçi”ni udmaq istəyi çox idi” – Ayxan Abbasov

blank
Premyer-liqa2023-05-07 18:00

“Bu məğlubiyyəti təsadüf kimi qəbul edəcəm” – Regekampf

blank
Ölkə futbolu2023-05-07 14:05

“Turan Tovuz”la matça 2 itki ilə – VİDEO

blank
Premyer-liqa2023-05-06 19:43

“Şamaxı” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Digər idman növləri2023-05-06 11:56

Hər iki seriyada hesab 2:1 oldu

blank
Premyer-liqa2023-05-05 21:35

“Kəpəz” “Sabah”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-05-05 21:04

“Sabah” – “Beşiktaş” oyununun biletləri satışda – VİDEO

blank
Milli komanda2023-05-04 00:10

Millimiz Gürcüstana belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-05-02 23:12

Azərbaycan derbisində 6 qol – VİDEO

blank
Ölkə futbolu2023-05-02 18:41

“Neftçi”də “Qarabağ”la matçdan öncə sağlamlıq durumu – VİDEO

blank
Premyer-liqa2023-05-01 23:20

“Zirə” “Turan Tovuz”a belə uduzdu – VİDEO

Facebook

Gündəm