AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda I Liqanın 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Karvan” – “İmişli” oyununun birinci hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilib.

“Karvan” – “İmişli” oyununda “Karvan” klubunun isinmə hərəkəti edən futbolçuları matçın gedişində topla məşq etdiyinə görə “Karvan” klubu 50 manat cərimə edilib.

“Karvan” – “İmişli” oyununda topdaşıyanlar matçın gedişində topla artıq rəftar etdiklərinə görə “Karvan” klubu 50 manat cərimə edilib.

“Zaqatala” – “Şamaxı” oyununda “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilib.

“Zaqatala” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilib.

“Zaqatala” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Araz Saatlı” oyununda topdaşıyanlar matçın gedişində topla artıq rəftar etdiklərinə görə “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Araz Saatlı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

Shares: