Dünya futbolu
İbrahimoviçin gözüyaşlı vidası
Zlatan İbrahimoviç karyerasını başa vurdu. Mövsümün sonunda “Milan”dan ayrılacağı gözlənilən, başqa klubda daha bir il oynayacağı deyilən isveçli vida etmək qərarına gəldi.
Futbolinfo.az xəbər verir ki, 41 yaşlı hücumçu A Seriyasının son turunda “Milan” – “Verona” matçı bitincə qərarını elan etdi. Uzun müddətdir zədə üzündən forma geyməyən Zlatan keçirilən təntənəli mərasimdə göz yaşlarına hakim ola bilmədi: “Mənim üçün hətta nəfəs almaq da çətindir, çox duyğulanmışam, amma hər şey yaxşıdır. “San Siro”da o qədər xatirələr var ki. Əvvəlcə mənə sevgi, sonra isə xoşbəxtlik bəxş etdilər. Ailəmə səbrlərinə görə təşəkkür edirəm. İkinci ailəmə – futbolçulara, məşqçiyə, heyətə, menecerlərə təşəkkür edirəm. Nəhayət, sizə, azarkeşlərə ürəkdən təşəkkür etmək istəyirəm. Futbolla vidalaşmağın vaxtı gəlin çatdı, amma sizinlə yox. Milana gəldiyim ilk dəfə xoşbəxt oldum, ikincidə şərəfləndim”.
Parlaq karyeraya malik olan Zlatan “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, PSJ, “Mançester Yunayted”, “Los Anceles Qalaksi” kimi klublarda da oynayıb. İlk dəfə 2010/11 mövsümündə “Milan”da oynayab futbolçu, 2020-ci ildə yenidən “rossonyerlər”in düşərgəsinə gəlmişdi. Qeyd edək ki, İbrahimoviç 2022/2023 mövsümündə “Milan”ın heyətində bütün yarışlarda 4 matça çıxıb ə 1 qol vurub. Son vaxtlar isveçli hücumçunun “Monza” ilə müqavilə imzalamağa yaxın olduğu haqda xəbərlər yayılmışdı.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”