İngiltərə çempionatının klublarından birində çıxış edən iki futbolçu zorakılıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Britaniyanın “The Sun” qəzeti yazıb.
Mənbənin sözlərinə görə, ehtimal olunan cinayət aprelin 19-da, axşam saatlarında baş verib.
Hər iki futbolçunun 19 yaşında olduğu və onların klublarının stadionunun yaxınlığında saxlanıldığı bildirilir. Polis futbolçuların ifadə verdiyini təsdiqləyib və istintaqa qədər zaminə buraxılıb.