I Divizion
“İmişli” İmişliyə qayıdır – PFL qərar verməlidir

İmişli Mərkəzi Stadionunun ot örtüyü yavaş-yavaş əvvəlki vəziyyətinə gətirilir. “İmişli”nin baş məşqçisi Ruhid Usubovun verdiyi məlumata görə, aparılan intensiv texniki qulluq sayəsində qazon normal durumdadır.
Bölgə klubu indi Peşəkar Futbol Liqasının qərarını gözləyir. Qurumun nümayəndələri stadiona baxış keçirib müsbət rəy verməlidir. PFL “hə” desə, “İmişli” bundan sonrakı ev oyunlarını doğma şəhərdə keçirəcək.
Xatırladaq ki, “İmişli” bu il I Divizonda ev oyunlarını Saatlı Olimpiya İdman kompleksinin stadionunda keçirir.





- Ölkə futbolu2023-05-30 11:59
Qara Qarayev “Qarabağ”dan ayrılır?
- Ölkə futbolu2023-05-30 08:30
AFFA mühüm islahata hazırlaşır: 30 komanda 3 liqada yarışacaq!
- Müsahibə2023-05-30 15:29
Mişura “Neftçi” azarkeşidir: “Komandanın bu illər ərzində cəmi bir dəfə çempion olması məni qəzəbləndirir”
- Ölkə futbolu2023-05-31 08:30
“Kəpəz”dən ayrıldı, Özbəkistana gedir