Parisin Olimpiya kəndində 2500 kondisioner quraşdırılacaq. Olimpiada zamanı istilər həddindən artıq olarsa, bu rəqəm bir qədər də arta bilər.

Olimpiadanın təşkilatçıları karbon qazı emissiyalarını azaltmaq üçün kondisionerlərin istifadəsindən imtina etməyi planlaşdırırdılar. Olimpiya kəndindəki evlər içəridəki temperaturu bayırdkından 6 dərəcə aşağı saxlayan texnologiyadan istifadə edilməklə tikilib. Onlar həmçinin geotermal sistemlər və ventilyatorlarla təchiz edilib.

Buna baxmayaraq, bəzi ölkələrin nümayəndə heyətləri özləri ilə kondisioner gətirmək niyyətində olduqlarını bildirmişdilər. Olimpiya kəndi merinin müavini Augustin Tran Van Şunun sözlərinə görə, təşkilatçılar idmançılara rahat yaşayış və bərpa şəraiti yaratmaq üçün kondisioner quraşdırmaq barədə razılığa gəliblər. Öz avadanlıqlarını gətirən nümayəndə heyətləri də ondan istifadə edə biləcəklər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp