Dünya futbolu
“İnter Mayami” Messinin gəlişi ilə bunu da gördü

“İnter Mayami” klubu Lionel Messini transfer etdikdən sonra MLS-də cari mövsümün bütün oyunlarının biletlərinin satıldığını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu səbəbdən, klub daha böyük stadionda çıxış etməyi düşünür.
Hazırda ABŞ təmsilçisi ev oyunlarını 18 min tamaşaçı tutumuna malik “Drive Pink Stadium”da keçirir.
Argentinalı futbolçu iyunun 7-də “İnter Mayami”yə keçdiyini elan edib. O, iyunun 3-də PSJ-ni tərk edib.
Messi 2022/23 mövsümündə PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 41 oyuna çıxıb, 21 qol vurub və 20 məhsuldar ötürmə edib.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-13 14:15
“Sabah”da əlcəzairli məşhur hücumçu
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat