Dünya futbolu
“İnter” “Roma”ya çatdı

Dünən finalda “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edən “İnter” ardıcıl 2-ci dəfə olmaqla, 9-cu İtaliya kubokunu qazandı. Simone İnzaginin yetirmələri bununla titul sayında “Roma”ya çatdı.
Siyahıya isə hələ də “Yuventus” başçılıq edir. Turinlilər 14 dəfə bu kuboku başı üzərinə qaldırıb. “Latsio” 7, “Fiorentina” və “Napoli” 6, “Torino” ilə “Milan” 5, “Sampdoriya” 4, “Parma” 3, “Bolonya” 2, “Vado”, “Cenoa”, “Venetsiya”, “Atalanta” və “Viçentsa” isə hərəyə 1 dəfə İtaliya kubokuna sahib çıxıb. “İnter” İtaliya kubokundan başqa 19 dəfə A Seriyasının, 7 dəfə ölkə Superkubokunun qalibi olmaqla ən titullu klublardandır.
Milanlılar beynəlxalq arenada da uğur qazanıb. Onlar Çempionlar Liqasında, Avropa Liqasında (UEFA Kuboku) və Klublararası Dünya Çempionatında hərəsində 3 dəfə hamıdan güclü olub.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”