Premyer-liqa
İsayevin Premyer Liqada 200-cü oyunu

“Qəbələ”nin futbolçusu Məqsəd İsayev Premyer Liqada 200-cü oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçinin yubileyi 35-ci tura təsadüf edib.
O, “Şamaxı” ilə səfər matçını əvəzolunmadan keçirib.
Məqsəd Premyer Liqadakı 200 görüşdə 5 qol vurub. 2021-ci ilin yayından “Qəbələ” forması geyinən müdafiəçi bu matçların 60-nı “qırmızı-qara”ların üzvü kimi keçirib. Onun aktivində 3 qol var.
Premyer Liqada 2013/14 mövsümündə debüt edən İsayevin ilk komandası “Neftçi” olub. O, bu klubda 75 oyuna çıxıb. Karyerası ərzində beş klubda çıxış edən futbolçu “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20 dəfə meydana çıxıb.
Xatırladaq ki, “Şamaxı” – “Qəbələ” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

- Ölkə futbolu2023-05-24 08:30
Qurban Qurbanov Jan Borotra fəxri diplomuna layiq görüldü
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar