Bizi izləyin

Müsahibə

İsmayılovun əsas ümidi “Qarabağ”adır: “Sabah” özü də asan rəqib deyil”

blank
blank

Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılovun futbolinfo.az saytına müsahibəsi

– Necə düşünürsünüz, sabiq komandanız “Qarabağ” bu il tarixində ikinci dəfə Çempionlar Liqasının qrupuna düşə biləcək? İndiki heyət həmin uğuru təkrarlamaq üçün yetərlidir?

– Yenə əsas ümidlərimiz “Qarabağ”adır. Çünki bu komandanın yetərincə keyfiyyətli futbolçuları və Avropa təcrübəsi var. Çoxu deyir ki, ilk qarşılaşacağı komanda “Qarabağ” üçün asan rəqib olacaq və təmsilçimiz həmin mərhələni asanlıqla keçəcək. Amma bunu qeyd etməliyəm ki, avrokuboklarda ilk mərhələlər həmişə çətin olur. Yeni mövsümün ilk rəsmi oyununa çıxacaqlar. Belə hallarda komandalar istər-istəməz çətinliklə üzləşirlər. Amma mən də “Qarabağ”ın ilk mərhələni adlayacağını düşünürəm, bu, məlum məsələdir. “Qarabağ”a avrokubokların yeni mövsümündə uğurlar arzulayıram. Arzu edirəm ki, tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansın. Klublar üçün ən prestijli turnir Çempionlar Liqasıdır. “Qarabağ” yenidən qrupda oynamağa layiqdir. İnşallah, bunu bacaracaqlar.

– Ötən mövsümü uğurlu keçirən “Zirə”nin Avropa Liqasındakı şansını necə dəyərləndirirsiniz? Sizcə, avrokubok təcrübəsi daha çox olan “Şerif”i mübarizədən kənarlaşdırmaq mümkün olacaqmı?

– “Zirə” çətin rəqiblə düşüb. “Şerif”in yetərincə avrokubok təcrübəsi və yaxşı oyunçuları var. Yadımdadır, o vaxt mən “Qarabağ”da oynayanda Bakıda onlarla qolsuz bərabərə qalmış, amma səfərdə 2:1 hesabı ilə qalib gələrək “Şerif”i mübarizədən kənarlaşdırmışdıq. Düzdür, hazırkı “Şerif” həmin dövrdəki qədər keyfiyyətli deyil. Amma asan rəqib də deyil. Mən deyərdim ki, “Zirə” ilə “Şerif” bir-birinə uyğun rəqiblərdir. İnanıram ki, “Zirə” öz gücünü göstərə və istədiyi futbolu oynaya bilsə, növbəti mərhələyə adlayacaq. Çünki bunun üçün real şans var. İndiki halda şanslar bərabərdir.

– Avrokuboklarda iştirak edəcək klublarımızdan ən çətin rəqib “Sabah”ın bəxtinə düşdü. Təmsilçimiz “Makkabi”yə sürpriz yaşada bilər?

– Düzdür, ən çətin rəqib “Sabah”a düşüb. Amma “Sabah” özü də asan rəqib deyil. Avrokubok təcrübəsi az olmasına baxmayaraq, keyfiyyətli futbolçuları çoxdur. Çox yaxşı struktur qurublar, düzgün strategiyaları var. Daim inkişaf edirlər. “Sabah” rəhbərliyi bu klub üçün çox yatırım edir və gündən-günə güclənirlər. İnanıram ki, “Sabah” “Makkabi” ilə başabaş mübarizə apara biləcək.

– “Fehervar”la qarşılaşacaq “Sumqayıt”ın Konfrans Liqasında mərhələ adlamaq şansı nə qədərdir?

– “Sabah” kimi, “Sumqayıt”ın da rəqibi ilə başabaş mübarizə aparacağına inanıram. Düzdür, avrokubok matçlarında adətən təcrübə öz sözünü deyir. Amma yenə də ümidli olmaq lazımdır. Avropa çempionatında da görürük ki, artıq heç bir komanda digərinə rahatlıqla qalib gələ bilmir. Bu mənada, “Sumqayıt” da öz oyununu göstərməyi bacarsa, “Fehervar” səddini keçə bilər.

– Roman Qriqorçuk “Neftçi”nin, Kurban Berdıyev isə “Turan Tovuz”un baş məşqçisi təyin olundu. Razısınız ki, onların gəlişi çempionatdakı rəqabəti, məşqçilər arasında taktiki mübarizəni daha da gücləndirəcək?

– Əlbəttə ki, onların gəlişi çempionatın səviyyəsinə müsbət təsir edəcək. Qriqorçuk və Berdıyev təyinatları Premyer Liqada intriqanı artıracaq, liqanı azarkeşlər üçün daha maraqlı edəcək. Mən özüm də yeni mövsümün startını, adını çəkdiyiniz məşqçilərin komandalarının necə çıxış edəcəyini səbirsizliklə gözləyirəm. Əminəm ki, hər bir komanda yeni mövsümə çox ciddi hazırlaşacaq və gərgin çempionatın şahidi olacağıq.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Müsahibə2024-07-04 11:20

İsmayılovun əsas ümidi “Qarabağ”adır: “Sabah” özü də asan rəqib deyil”

blank
Ölkə futbolu2024-07-04 11:05

AFFA nümayəndəsinə UEFA-dan təyinat

blank
Digər idman növləri2024-07-04 10:50

Güləş üzrə dünya çempionu 27 yaşında vəfat etdi

blank
Ölkə futbolu2024-07-04 10:32

“Zirə”nin rəqibindən 5 qollu qələbə

blank
Digər idman növləri2024-07-04 10:17

Nadal Ruudla birlikdə çıxış edəcək

blank
Ölkə futbolu2024-07-04 10:00

Rahilin vidası rəsmiləşdi

blank
Ölkə futbolu2024-07-04 09:22

“Makkabi” müdafiə xəttində ehtiyat qüvvəyə güvənəcək

blank
Ölkə futbolu2024-07-04 09:05

“Sabah”ın rəqibində transfer əngəli

blank
Milli komanda2024-07-04 08:51

Bakıya gələcək 23 nəfər bəlli oldu

blank
Ölkə futbolu2024-07-04 08:34

Fərrux Mahmudova tapşırıq verildi: gətirdikləri istefa ərizəsini yazsın!

blank
Milli komanda2024-07-04 08:17

Rəqibimiz hazırlığa başladı

blank
Müsahibə2024-07-04 08:00

Tamaş “Qarabağ”ı “Neftçi”dən böyük klub sayır

blank
Digər idman növləri2024-07-03 22:47

Rzayev Avropa ikincisi oldu

blank
Digər idman növləri2024-07-03 21:14

Ruzanna Məmmədova Avropa çempionatının finalında

blank
Digər idman növləri2024-07-03 20:41

Azərbaycanlı hakimlər Açıq Avropa çempionatının oyunlarına təyinat aldılar

blank
Dünya futbolu2024-07-03 20:14

“Qalatasaray”da yeni müqavilə

blank
Ölkə futbolu2024-07-03 19:47

“Səbail”də ayrılıq

blank
Digər idman növləri2024-07-03 19:31

Lebron Ceyms “Leykers”də qalır

blank
Digər idman növləri2024-07-03 19:14

Çempion komanda azarkeşin təqdim etdiyi dizaynla yarışacaq

blank
Dünya futbolu2024-07-03 18:40

Salah və Endo Olimpiadaya buraxılmadı

blank
Digər idman növləri2024-07-03 18:39

Azərbaycan boksçusu Rusiyada finala yüksəldi

blank
Digər idman növləri2024-07-03 18:21

İmtina etsələr də, Olimpiya kəndi üçün 2500 kondisioner alındı

blank
Digər idman növləri2024-07-03 18:04

Cüdoçularımızın Yay Olimpiya Oyunlarına hazırlığı davam edir

blank
Ölkə futbolu2024-07-03 17:50

Kadiri başqa ölkədə oynayacaq: “Deyəsən, baş məşqçi məni bəyənmədi”

blank
Dünya futbolu2024-07-03 17:33

Premyer Liqa klubunda seneqallı hücumçu

blank
Ölkə futbolu2024-07-03 17:08

“Şerif” – “Zirə” matçının biletləri satışa çıxarıldı

blank
Ölkə futbolu2024-07-03 16:48

Fernandu Santuş Qəbələ şəhər stadionunun infrastrukturu ilə tanış olub

blank
Digər idman növləri2024-07-03 16:31

Babayevadan Serbiyada bürünc medal

blank
Digər idman növləri2024-07-03 16:16

Andrey Voynaloviç “Sabah”da!

blank
Digər idman növləri2024-07-03 16:00

Ev qran-prisi üçün xüsusi livreya

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm