AÇ-2024
İspaniya – Xorvatiya matçının ən yaxşı futbolçusu müəyyənləşdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda baş tutan İspaniya – Xorvatiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “buğalar”ın heyətində Fabian Ruis qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Komandasının 3:0 hesabı ilə qələbə qazandığı qarşılaşmada 28 yaşlı yarımmüdafiəçi ikinci qolun müəllifi olub.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)