Milli komanda
İsveç – Azərbaycan oyunu qadın referiyə tapşırıldı

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveç və Azərbaycan milli komandaları arasında Solna şəhərində keçiriləcək oyunun hakimləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı Fransadan olan hakimlər idarə edəcəklər.
Baş hakim Fransanın qadın referisi Stefani Frappar olacaq. Ona həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bastyen Deşepi yerinə yetirəcək.
Xatırladaq ki, martın 27-də “Friends Arena”da keçiriləcək bu qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

- Ölkə futbolu2023-06-08 15:17
“Qarabağ”da daha bir vida – Aftandil Hacıyevlə əvəzlənəcək
- Müsahibə2023-06-08 09:17
“Qəbələ”nin rəhbərliyindən narazıdır: “Mənə dəyər vermirlərsə, getməliyəm”
- Digər idman növləri2023-06-09 09:44
AGİN-dən biabırçı təşkilatçılıq
- Dünya futbolu2023-06-08 10:11
Mahir Emreli “Konyaspor”la vidalaşdı