Dünya futbolu
“İtirəcək bir şeyimiz qalmayıb”
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold “Real”la qarşıdakı oyun barədə danışıb. Cinah oyunçusu Madriddə xüsusi tapşırığı yerinə yetirməli olduqlarını bildirib.
Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində ev oyununda 2:5 hesabı ilə uduzan mersisaydlılar səfərdə çətin tapşırığı yerinə yetirməlidir: “Açığı, İspaniyaya gedib özəl birşeylər etməliyik. Çünki rəqib İngiltərədə böyük üstünlük qazanıb. “Barselona” ilə matçda olduğu kimi, yenə səfərə gedirik və itirəcək bir şeyimiz qalmayıb. Döyüşməli, ¼ finala vəsiqə qazanmaq üçün mümkün olanı etməliyik”.
Xatırladaq ki, “Real” – “Liverpul” matçı sabah gecə 00.00-da başlayacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)