Digər idman növləri
Jalə Əliyevadan Bişkekdə bürünc medal

Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə Reytinq Seriyasının 3-cü mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, yarışın 2-ci günündə 2 qadın güləşçimiz mübarizə aparıb.
Jalə Əliyeva (57 kq) 1/4 finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün Jalə axşam seansında türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb. Rəqibinə 8:4 hesabıyla qalib gələn Jalə üçüncü yeri tutub.
Elis Manolova (62 kq) ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya “tuş”la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşə 1:2 hesabıyla məğlub olub. Rəqib finala yüksələ bilmədiyi üçün Elis mübarizəni dayandırıb.
Turnirdə birinci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyur.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”