Ölkə futbolu
“Kəpəz” yeni formalarını təqdim etdi – VİDEO

“Kəpəz” yeni mövsüm üçün oyun formalarını təqdim edib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, geyimlər ənənəvi olaraq Gəncə təmsilçisinin rənglərinə uyğun – sarı və göy rəngdən ibarətdir.
Formaların üzərində klubun loqosu, həmçinin futbolçuların ad və ya soyadı əks olunub.
Bundan əlavə bu mövsümdən “Kəpəz”ə tibbi dəstək verən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının da adı və loqosu formaların üzərində qeyd edilib.
Geyimlər İspaniyanın tanınmış “Joma” formasının istehsalıdır.

- Ölkə futbolu2023-09-08 09:44
Rəşad Sadiqovla Rauf Əliyev yenidən “Qarabağ”da
- Ölkə futbolu2023-09-08 12:30
Legioner bolluğu və unudulan yerli gənclər
- Müsahibə2023-09-08 19:14
Vidadi Rzayev: “Yığmaya milyonlar xərcləyib əcnəbi məşqçi gətirmək lazım deyil”
- Müsahibə2023-09-09 13:00
Rəşad Sadiqov əcnəbi məşqçi istəmir: “Azərbaycanda futbolçu qıtlığı pik həddə çatıb”