Futbol üzrə Azərbaycan Birinci Divizionunda 20-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Qarabağ”ın əvəzediciləri “Neftçi”nin ikinci komandası ilə ev oyunundan məğlub ayrılıb. “Kəpəz” də liderlər qrupunda qərarlaşmış “Zaqatala”ya uduzub. “Sumqayıt”ın əvəzediciləri isə “Qaradağ Lökbatan”la qarşılaşmada inamlı qələbəyə sevinib.

Birinci Divizion
20-ci tur
7 aprel

MOİK – Sabah-2 0:3
Qol: Camal Cəfərov, 59; 81. Əşfər Zeynallı, 90+9.
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Teymur Teymurov, Rövşən Rəcəbov.
Binə qəsəbə stadionu.

Keşlə-2 – Turan Tovuz 1:0
Qol: Xəzər Mahmudov, 65.
Hakimlər: Səbuhi Bayramov, Kərim Zeynalov, Səbuhi Soltanov, Kamranbəy Rəhimov.
Bakı. “ASK Arena”.

8 aprel

Kəpəz – Zaqatala 1:2
Qol: Tural Qürbətov, 81 – Roini İsmayılov, 54. Bəhruz Teymurov, 60.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Elman Kərimov, Rəvan Həmzəzadə.
Gəncə şəhər stadionu.

Sumqayıt-2 – Qaradağ Lökbatan 3:1
Qol: Cəlal Cəbrayılov, 51; 63. Tahir Zeynalov, 90+2 – Xəyal Fərzullayev, 30.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança).

Qarabağ-2 – Neftçi-2 0:1
Qol: Nihad Qurbanlı, 74.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev.
Bakı. “ASCO Arena”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp