Dünya futbolu
Kanselo icarəyə getdi

“Mançester Siti” Joao Kanselo ilə yollarını ayırdı. Baş məşqçi Xosep Qvardiola ilə yola getməyən futbolçu çarəni başqa kluba keçməkdə gördü.
Futbolinfo.az xəbər verir ki, sol cinah müdafiəçisi mövsümün qalan hissəsini Almaniyada keçirəcək. İngiltərə klubu onu “Bayern”ə 6 aylıq müddətə icarəyə verib. Oyunçu bu gün tibbi müayinədən keçdikdən sonra transfer tamamlanacaq.
Anlaşmaya görə, Bundesliqa klubu oyunçunu yayda birdəfəlik ala biləcək. Münhenlilər futbolçudan razı qalsa, 70 milyon avro ödəyərək onun transfer hüququna birdəfəlik sahib çıxacaq.
28 yaşlı oyunçunun “şəhərlilər”lə 2027-ci ilin yayına kimi anlaşması var. 2019-da “Yuventus”dan alınan futbolçu bu mövsümədək əsas heyətin daimi üzvü idi.
