Joao Kanselo yenə narazıdır. İlk gəldiyi günlərdə “Bayern”dən ağız dolusu danışan portuqaliyalı cinah müdafiəçisi şikayətlənməyə başlayıb.

Futbolinfo.az xəbər verir ki, futbolçu daha çox oynamaq istəyir. Baş məşqçi Yulian Naqelsmann isə bəzi matçlarda onu ehtiyatda saxlayır. Joao son 5 matçda cəmi 191 dəqiqə top qovub.

Xatırladaq ki, Kanselo “Mançester Siti”ni məhz bu üzdən tərk etmişdi. Lakin icarədə oynadığı klubda da xoşbəxt olmaması yayda müdafiəçinin yeni klub axtarışına çıxacağını deməyə əsas verir.

Shares: