Bizi izləyin

Müsahibə

Kantariya: “Premyer Liqada qalacağımıza heç bir şübhəm yoxdur”

blank
blank

“Kəpəz”in gürcüstanlı yarımmüdafiəçisi Giorgi Kantariyanın futbolinfo.az saytına müsahibəsi

– Əvvəlcə Premyer Liqanın 26-cı turunda üz-üzə gəldiyiniz “Zirə” (1:1) ilə oyunu dəyərləndirərdiniz…

– Çox çətin oyun oldu. Düzü, elə bu cür də gözləyirdik. Matça yaxşı hazırlaşmışdıq, qələbə qazanmaq istəyirdik. Bunun üçün şanslarımız da çox oldu. Təəssüf ki, ələ düşən imkanları dəyərləndirə bilmədik.

– Qələbə hesabını son dəqiqələrdə əldən verdiniz. Qalibiyyətə nə çatmadı?

– Doğrudur, qələbəni əldən verdik. Bunun üçün sadəcə, şansları qola çevirmək lazım idi.

– Rəqibin 82-ci dəqiqədə qazandığı penalti epizodunda Rəhim Sadıxovu həqiqətən də kobudluqla dayandırdınız?

– Təkrara da baxdıqda açıq-aşkar görünür ki, zərbə zamanı hücum edən oyunçuya toxunmadım. Yəni, cərimə ilə heç bir əlaqəm yox idi.

– Qış fasiləsindən sonra “Kəpəz”in nəticələri nisbətən yaxşılaşıb. Bu müsbət dəyişiklik nədən qaynaqlandı?

– Təlim-məşq toplanışında yaxşı hazırlaşdıq, öz oyunumuzu tapmağa vaxtımız oldu. Uğurlu təlim-məşq toplanışı keçirildi. Bu yüksəlişdə məşqçilər korpusunun da böyük xidmətləri oldu.

– Baş məşqçiniz Tərlan Əhmədov hakimlərin sizə qarşı ədalətli olmadığını bildirib. Həqiqətən də haqsızlıqla üzləşirsiniz?

– Bəli, bizə qarşı suallar doğuran bir çox mübahisəli məqamlar oldu. Təəssüf ki, bu hal tez-tez təkrarlanır və çoxları bunu hiss edir.

– Azərbaycana gələn futbolçular əsasən Bakıda yaşamaq istəyirlər. Gəncədə həyat sizin üçün darıxdırıcı deyil?

– Bakı Azərbaycanın paytaxtıdır, çox gözəl şəhərdir və təbii ki, hamı orada yaşamaq istəyir. Amma Gəncə də sakit və yaxşı şəhərdir. Ailəmlə – həyat yoldaşım və qızımla burada yaşamaqla bağlı heç bir problemimiz yoxdur.

– Həm Gürcüstan, həm də Belarusda oynamısınız. Bu iki çempionatı Azərbaycan Premyer Liqası ilə necə müqayisə edərdiniz?

– Belarusda oynayanda çox yaxşı çempionat gedirdi. Amma sonra anidən səviyyə aşağı düşdü. Gürcüstanda vəziyyət bir qədər çətindir. Hazırda Gürcüstan çempionatı yüksəlişə keçib, infrastruktura sərmayə qoyulur.

– Ümumiyyətlə, Azərbaycan çempionatında diqqətinizi çəkən əsas məqam nə oldu?

– Burada çempionat çox yaxşı keçir. 2-3 klubu fərqləndirmək olar. Digər komandalar bərabər səviyyədədir. Azərbaycan Premyer Liqasında lider hətta autsayderdən də çətinliklə xal alır. Heç kimə qarşı oyun asan keçmir.

– 27-ci tur çərçivəsində bu gün “Neftçi” ilə qarşılaşacaqsınız. Belə güclü rəqiblə dueldən nə gözləyirsiniz?

– “Neftçi” yaxşı futbol oynayan güclü komandadır. Görüşə çox ciddi hazırlaşmışıq. Səfər matçında müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– “Kəpəz”lə müqavilə müddətiniz mövsümün sonuna qədərdir. Yayda hansı addımı atacağınızı müəyyənləşdirmisiniz?

– Bu mövzuda uzun-uzadı danışılacaq bir şey yoxdur. Nəyin necə olacağını demək üçün hələ tezdir. Hələlik vəzifəmiz komandanı elitada saxlamaqdır. İnanıram ki, çempionatda qalmağı bacaracağıq. Buna heç bir şübhəm yoxdur.

FƏRİD

Reklam

Reklam


blank
Ölkə futbolu2023-03-29 09:00

İTV üçün siyahı – sabaha saxlamayın!

blank
Milli komanda2023-03-29 01:12

Millimizdən “Şamaxı” ilə heç-heçə

blank
Dünya futbolu2023-03-29 00:45

İspaniya səfərdə, Türkiyə evdə uduzdu

blank
Ölkə futbolu2023-03-29 00:20

“Qalatasaray”dan Azərbaycana təşəkkür – FOTO

blank
Ölkə futbolu2023-03-28 23:44

“Neftçi”nin müdafiəçisi oynadı, “Qarabağ”la “Sabah”ın legionerləri ehtiyatda qaldılar

blank
Dünya futbolu2023-03-28 23:42

Uğurluların qovulması

blank
Dünya futbolu2023-03-28 23:21

Tuhelin ilk transfer tələbi

blank
Digər idman növləri2023-03-28 22:58

Bakıda beynəlxalq turnirin açılış mərasimi keçirildi

blank
Dünya futbolu2023-03-28 22:53

“Tottenhem”də daha bir istefa

blank
Dünya futbolu2023-03-28 22:31

İlkay qərar verməyə tələsmir

blank
Dünya futbolu2023-03-28 22:04

PSJ Reşforda 22 milyon avro maaş təklif etdi

blank
Ölkə futbolu2023-03-28 21:11

“Neftçi”yə 8 futbolçu cəlb olundu

blank
Digər idman növləri2023-03-28 20:00

Azərbaycan çempionatına start verildi

blank
Müsahibə2023-03-28 19:21

Asif Məmmədov: “Heyət düzgün qurulsaydı, hər şey fərqli ola bilərdi”

blank
Digər idman növləri2023-03-28 19:10

Azərbaycanlı atletdən DÇ-də 3 medal, iki rekord!

blank
Dünya futbolu2023-03-28 18:52

Klopp Milnerin qalmasını istəyir

blank
Milli komanda2023-03-28 18:30

Millimiz son oyunda darmadağına üzüldü

blank
Digər idman növləri2023-03-28 18:11

Yeni əsrin hokkeyçisi

blank
Dünya futbolu2023-03-28 17:52

Saka ən çox qazanan futbolçu olacaq

blank
Digər idman növləri2023-03-28 17:38

Federasiya prezidenti istefa verdi

blank
Dünya futbolu2023-03-28 17:29

Bastoni və Çalhanoğlu 2027-ci ilədək “İnter”də

blank
Ölkə futbolu2023-03-28 17:11

Mahir Emreli sıraya döndü

blank
I Divizion2023-03-28 16:53

“İmişli” İmişliyə qayıdır – PFL qərar verməlidir

blank
Digər idman növləri2023-03-28 16:36

Azərbaycan millisi DÇ-yə bu heyətlə yollandı

blank
Milli komanda2023-03-28 16:20

İTV milli komandanı “sabaha saxlamayacaq”

blank
Ölkə futbolu2023-03-28 16:05

“Qalatasaray” azərbaycanlı futbolçuların Super Liqada legioner sayılmasını istəmir

blank
Ölkə futbolu2023-03-28 15:41

Eddi İsrafilovun sağlamlıq durumuna aydınlıq gəldi

blank
Milli komanda2023-03-28 15:34

De Byazinin taleyi bu həftə həll olunacaq

blank
Ölkə futbolu2023-03-28 15:23

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Ölkə futbolu2023-03-28 15:05

Aqil milli komanda haqda danışmadı: “Şans gələndə istifadə etmək lazımdır”

blank
Milli komanda2023-03-28 09:46

Andersson: “Belə qələbədən sonra tənqidi qəbul etmirəm”

blank
Milli komanda2023-03-28 09:31

Millimiz İsveçə belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-03-26 12:41

“Qəbələ” “Neftçi”yə belə qalib gəldi – VİDEO

blank
Digər idman növləri2023-03-25 21:01

Millimiz Qazaxıstanla birgə Göygöldə hazırlaşır

blank
Milli komanda2023-03-21 12:27

İlqar Aslanov: “Ümidləri doğrultmağa çalışacağıq” – VİDEO

blank
Premyer-liqa2023-03-17 20:17

“Qəbələ”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-03-17 19:34

“Hədəfimizə çatmaq üçün daha da inkişaf etməliyik” – VİDEO

blank
Ölkə futbolu2023-03-17 16:41

“Qəbələ” üçün yeni sponsor – VİDEO

blank
Premyer-liqa2023-03-16 22:04

“Kəpəz” “Neftçi”dən belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-03-16 19:26

“Səbail”lə “Turan Tovuz”un heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-03-16 13:43

“Neftçi”də sağlamlıq durumu – VİDEO

blank
Premyer-liqa2023-03-15 23:54

“Sabah”dan “Zirə” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-03-15 21:40

“Sumqayıt” evdə darmadağına üzüldü – VİDEO

blank
Premyer-liqa2023-03-12 18:13

“Şamaxı” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-03-11 22:24

“Qarabağ”dan “Səbail”ə 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-03-11 18:33

“Turan Tovuz”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-03-10 22:11

“Sabah”dan “Sumqayıt”a 4 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-03-10 19:15

Zaur Əzizov: “Yayda 4 oyunçu ilə heyətimizi gücləndirəcəyik” – VİDEO

blank
Premyer-liqa2023-03-10 18:47

“Kəpəz” “Zirə” üzərində qələbəni əldən verdi – VİDEO

blank
Premyer-liqa2023-03-10 18:05

“Avtobusu, tərcüməçisi, vitamini olmayan komandanın elitada qalmasına çalışıram” – VİDEO

blank
Premyer-liqa2023-03-10 17:37

Rəşad Sadıqov: “Ədalətli nəticə heç-heçə idi” – VİDEO

blank
Ölkə futbolu2023-03-06 14:30

Millimizin qapıçısı da “yalnız qələbə” deyir – VİDEO

blank
Milli komanda2023-03-06 10:14

Millimiz Polşada ilk məşqə çıxdı – VİDEO

blank
Premyer-liqa2023-03-05 22:43

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

blank
Premyer-liqa2023-03-05 20:39

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Dünya futbolu2023-03-05 10:59

Azərbaycanlı futbolçu Ukraynada dubla imza atdı – VİDEO

blank
Premyer-liqa2023-03-04 21:58

“Sabah”ın “Kəpəz” üzərində inamlı qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-03-04 19:49

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Milli komanda2023-03-03 23:41

Yığmamızın yunanlar üzərində qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-03-03 20:20

“Zirə” – “Şamaxı” matçında 4 qol – VİDEO

Facebook

Gündəm