Futbol üzrə Azərbaycan I liqasında mübarizə aparan “İmişli” klubu mövsüm üçün ilk transferini reallaşdırmaq üzrədi. Əyalət təmsilçisi ötən mövsüm “Karvan”da çıxış edən qabonlu müdafiəçi Ondo Vensli ilə ilkin razılıq əldə edib.

Vensli ötən mövsüm Yevlax klubunda 20 oyun keçirib və 2 qol vurmağa müyəssər olub.

Qeyd edək ki, 20 yaşlı futbolçu ölkəsinin aşağı yaş qrupları üzrə millilərində forma geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp