20 yaşlı israilli atlet Mikaela Moşe kamandan oxatma üzrə Parisdə keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Mikaela 18 yaşına kimi bədii gimnastika ilə məşğul olub. 2018-ci ildə Moşe Kazanda keçirilən Gənc Həmvətənlərin IV Ümumdünya oyunlarında bədii gimnastika yarışlarının gümüş medalçısı olub. 2022-ci ilin iyununda milli komandanın keçmiş məşqçisi İrina Viqdorçikin məsləhəti ilə o, kamandan oxatma növünə keçib. Bu, israilli idmançının karyerasında ilk Olimpiya Oyunları olacaq.

Xatırladaq ki, Olimpiadada oxatma yarışları iyulun 25-dən avqustun 4-dək keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp