Almaniya millisinin sabiq hücumçusu, hazırda məşqçi olan Miroslav Kloze İtaliya A Seriyasında çalışa bilər. Polşa əsilli mütəxəssis İqor Tudorla ayrıldıqdan sonra çalışdırıcısız qalan “Latsio”ya dəvət olunub.

Roma təmsilçisi Kloze üçün cəlbedici təklif hazırlayıb. Miroslavın böyük məşqçilik təcrübəsi yoxdur. O, 2016-18-ci illərdə Almaniya millisində köməkçi işləyib. Ardınca 2 il “Bayern”in U-17 komandasında baş, Münhen klubunun əsas komandasında yardımçı kimi fəaliyyət göstərib. 2022-ci ildə Avstriya “Altak”ına baş məşqçi təyin olunan Kloze, ötən ilin martından işsizdir.

Xatırladaq ki, Miroslav futbolçu olarkən də “Latsio”da çıxış edib. Forvard 2011-2016-cı illərdə romalıların uğurları üçün çalışıb. “Latsio” onun karyerasında sonuncu klub olub.

“Latsio” İtaliya A Seriyasının son mövsümündə 61 xal toplayaraq çempionatı turnir cədvəlinin 7-ci pilləsində başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp