Bizi izləyin

Layihə

“Komanda sayı artdıqca hər şey daha yaxşı olacaq”

blank
blank

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyevin futbolinfo.az saytına müsahibəsi

– Martın 20-dən təlim-məşq toplanışındasınız və bu gün Şimali Makedoniya ilə yoxlama görüşü keçirəcəksiniz. Komandada ümumi vəziyyət necədir?

– Şimali Makedoniya ilə oyun hazırlıq xarakterli matçdır. Uşaqları noyabra qədər tam hazır vəziyyətə gətirməyə çalışırıq. Üç futbolçu ilk dəfədir milliyə dəvət alıb. Həm onları meydanda görmək istəyirik, həm də fərqli sistemlə meydana çıxacağıq. Noyabra qədər bəzi sistemləri sınaqdan keçirməyi planlaşdırırıq. Ümumilikdə hər şey normaldır.

– U-19-dakı oyunçular yaxın illərdə peşəkar futbolda ilk addımlarını atacaqlar. Onları buna hazır saymaq olar?

– Bilirsiniz ki, futbolçular maksimum bir həftə və ya 8 gün yığmada bir arada olurlar. Onda da iki oyun keçiririk, bir günü də bərpaya gedir. Məşq üçün də 4-5 gün vaxt olur. Bu müddətdə fiziki baxımdan uşaqları inkişaf etdirə bilmərik. Onlar toplanışlara klublarından hazır vəziyyətdə gəlməlidirlər. Texniki bacarıqlar və fiziki durumlar klublarda hazırlanır. Təkcə Azərbaycanda deyil, böyük futbol ölkələrində də futbolçular klublardan yığmalarına hazır vəziyyətdə gedirlər. Millinin məşqçiləri kimi, sırf taktika üzərində çalışırıq. Gələcək vəd edən futbolçular çoxdur. Ümumi vəziyyətləri də yaxşıdır. İnanıram ki, bu uşaqların bir neçəsi gələcəkdə əsas milliyə qədər yüksələcəklər.

– Oyunçular klublardan hazır vəziyyətdə gəlirlər?

– Durumları normaldır. Getdikcə hər şey daha yaxşı olacaq. Biz də onların daha yüksək liqalarda oynamalarını istəyirik. Çünki çoxu U-19 liqasından gəlir. Avropada 19 yaşlı futbolçu artıq əsas milliyə dəvət alır, top-klublarda çıxış edir. Bizim yaralı yerimiz odur ki, uşaqların 90 faizdən çoxu U-19 liqasından gəlir. Barmaqla sayılacaq qədər oyunçu Birinci Divizionda və əsas komandada olur.

– Qeyd etdiniz ki, Avropada 19 yaşlı futbolçu əsas millidə, böyük klublarda çıxış edirlər. Azərbaycanda niyə belə deyil? Klublar gənclərə güvənmirlər?

– Klubların daxili işinə qarışa bilmərik. Premyer Liqada komanda sayı yavaş-yavaş artır. Həmçinin növbəti mövsümdən Birinci Divizionla əvəzedicilərin çempionatı ayrı keçiriləcək. İnanıram ki, gələn il vəziyyət daha yaxşı olacaq. Müəyyən qədər sıxıntı var. Perspektivli uşaqlarımız az deyil. Sadəcə, Premyer Liqanın bəzi klubları liqada qalmaq, bəziləri avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar. Onlar da risk edib həmin cavanlardan istifadə edə bilmirlər.

– Gələn mövsümdən Birinci Divizionla əvəzedicilərin çempionatı ayrı olacaq. Bunun aşağı yaş qrupu üzrə millilər üçün nə kimi xeyir var?

– Belədə hər iki çempionatda komanda sayı artacaq. Ümumiyyətlə, bu turnirlərin ayrılmağı daha məqsədəuyğundur. Əvəzedicilər əsas komandaların ehtiyat qüvvələridir. Həm U-17-dən ora kimisə cəlb edə, həm də əsas komandada formada olmayanları oynada bilirsən. Bunu təqdirəlayiq addım sayıram.

– Vaxtilə gənc oyunçulardan ibarət komanda formalaşdırıb yüksək liqaya buraxardılar. Belə bir sistem yaratmaq variantına necə baxırsınız?

– Klubun strategiyasından da asılı olur. Məsələn, klub rəhbəri həmin komandadan gərək nəticə tələb etməsin, gənclərin inkişafına şərait yaratmalıdır. Belə bir klubun yaradılması daha yaxşı olar.

– U-19-dakı futbolçular qısa müddət sonra Premyer Liqada çıxış edəcəklər, əsas millidə yer alacaqlar. Onların durumuna əsasən, futbolumuzun gələcəyi necə görünür?

– Komanda sayı artdıqca hər şey daha yaxşı olacaq. Sadəcə, düzgün strategiya qurmaq lazımdır. Bizim toplanışlarımız maksimum 7-8 gün çəkir. Bu müddətdə uşaqlara çox şey öyrədə bilmirik. Millinin məşqçiləri olaraq düzgün seleksiya işləri aparmalıyıq ki, komandaya hazır oyunçular cəlb olunsun. Ümid edirəm ki, növbəti seçmə mərhələdə daha yaxşı nəticələr olacaq. Xüsusən də komanda sayının artması inamlı danışmağa imkan verir. Çünki belədə seçim daha çox olur.

– Həm aşağı yaş qruplarında, həm də əsas yığmada milliləşdirilmiş futbolçular heç də az olmur. Siz buna necə baxırsınız?

– Bizim komandamızda milliləşdirilmiş oyunçu yoxdur. Kənarda yaşayan azərbaycanlılar var ki, onları cəlb edirik. Təbii ki, aşağı yaş qruplarında özümüzünkülərin olması daha yaxşıdır. Bəzən əsas millidə bu hal olur. Bu, təkcə Azərbaycan millisində olmur, Avropanın bütün yığmalarında rast gələ bilərsən. Avropada başqa millətin nümayəndələrinin milliləşdirilməsi təcrübəsi çox sınaqdan keçirilib.

– Əsas millidən söz düşmüşkən, Canni De Byazinin komandası AVRO-2024-ün seçmə mərhələsində bu gün Avstriyanın, üç gün sonra isə İsveçin qonağı olacaq. Nə gözləyirsiniz?

– Millimiz ardıcıl 5 oyunda qələbə qazanıb. Komandada özünəinam artıb. Bu mənada çətin səfərlərdən sərfəli nəticə ilə dönmək olar. Artıq qələbə qazanmağı bacarırıq, futbolçularda özünəinam var.

– Ardıcıl qələbələrə görə rəqiblər millimizə əvvəlki kimi barmaqarası yanaşmır, ciddi hazırlaşır. Bu, yığmamızın işini daha da çətinləşdirməz?

– Hansısa millinin istənilən rəqibinə barmaqarası yanaşmasına inanmıram. Rəqiblərin komandamıza ciddi yanaşması sevindirici haldır. Deməli, bizi təhlükəli komanda kimi qəbul edirlər. Milli hamımızın komandasıdır, hər kəs dəstək verməlidir.

– Hazırkı duruma əsasən, Avstriya və İsveçlə görüşdə hansı nəticəyə ümid etmək olar?

– Ümid edirəm ki, komandamız ən azı məğlub olmayacaq.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Dünya futbolu2023-05-28 01:13

PSJ-dən 11-ci çempionluq!

blank
Dünya futbolu2023-05-28 00:46

“İnter” “Atalanta”nı xalsız yola saldı

blank
Digər idman növləri2023-05-28 00:15

Peresin uğursuzluğu, Ferstappenin sıçrayışı

blank
Digər idman növləri2023-05-28 00:15

Azərbaycan cüdoçularından Avropa kubokunda 3 medal

blank
Milli komanda2023-05-27 23:55

Yığmamız Özbəkistana böyük hesabla uduzdu

blank
Digər idman növləri2023-05-27 23:35

Azərbaycan birinciliyinə yekun vuruldu

blank
Premyer-liqa2023-05-27 23:21

“Şamaxı” elita ilə belə vidalaşdı – VİDEO

blank
Premyer-liqa2023-05-27 23:00

“Komandaya təzə gəlmişəm, hara gedirəm?” – Şahin Diniyev

blank
Premyer-liqa2023-05-27 22:46

“Qəbələ”nin “Kəpəz”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-05-27 22:35

“Gələcəkdə bu il etdiyimiz səhvləri təkrarlamamalıyıq”

blank
Premyer-liqa2023-05-27 22:15

“Sumqayıt” son oyunda “Zirə”yə böyük hesabla uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-05-27 22:00

“Səbail” “Şamaxı”nı Premyer Liqadan qovdu

blank
Premyer-liqa2023-05-27 21:40

“Futbolçuları belə oyunlara kökləmək çətindir” – Samir Abasov

blank
Dünya futbolu2023-05-27 21:09

Kan və Salihamiciç qovuldu – çempionluğa baxmayaraq…

blank
Premyer-liqa2023-05-27 21:06

Rəşad Sadıqov: “Bu mövsüm mənim üçün böyük dərs oldu”

blank
Premyer-liqa2023-05-27 20:45

“Finalda “Neftçi”ni məğlub edib sonrasına baxmaq istəyirəm”

blank
Premyer-liqa2023-05-27 20:38

Tərlan Əhmədov: “Əziyyətimizin bəhrəsini görmək istəyirik”

blank
Dünya futbolu2023-05-27 20:26

“Bayern” – çempion!

blank
Premyer-liqa2023-05-27 19:24

“Qəbələ” Konfrans Liqasında!

blank
Premyer-liqa2023-05-27 18:48

“Neftçi” – “Sabah” matçının da hakimləri bilindi

blank
Ölkə futbolu2023-05-27 18:22

“Avropada bəzi komandalar “Qarabağ”dan qorxurlar”

blank
Ölkə futbolu2023-05-27 18:12

Tahir Gözəl: “Keyfiyyətli futbolçular alacağıq”

blank
Digər idman növləri2023-05-27 17:56

Daha bir para-atletimiz DÇ-yə lisenziya qazandı

blank
Dünya futbolu2023-05-27 16:31

Premyer Liqada mövsümün ən yaxşı gənc futbolçusu açıqlandı

blank
Dünya futbolu2023-05-27 16:03

Pato yenidən Braziliya klubunda

blank
Ölkə futbolu2023-05-27 15:40

“Keyta ilə danışıqlar müsbət yekunlaşıb” – Qurbanov

blank
Digər idman növləri2023-05-27 15:26

Alməmmədovdan 5 Azərbaycan rekordu!

blank
Dünya futbolu2023-05-27 14:56

Haland mövsümün ən yaxşı oyunçusu elan edildi

blank
Dünya futbolu2023-05-27 14:40

Umtitidən jurnalistlərə etiraz

blank
Ölkə futbolu2023-05-27 14:21

Mahir Konyada qalır

blank
Premyer-liqa2023-05-27 23:21

“Şamaxı” elita ilə belə vidalaşdı – VİDEO

blank
Premyer-liqa2023-05-27 22:46

“Qəbələ”nin “Kəpəz”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-05-27 22:15

“Sumqayıt” son oyunda “Zirə”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-27 21:06

Rəşad Sadıqov: “Bu mövsüm mənim üçün böyük dərs oldu”

blank
Ölkə futbolu2023-05-25 13:00

“Sabah”ın çempionluq oyunu – VİDEO

blank
Premyer-liqa2023-05-22 22:13

“Qəbələ” Şamaxıdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:36

Tovuzda 4 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:15

“Sabah”la “Zirə”dən qolsuz “sülh” – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:04

“Qarabağ” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 20:40

“Kəpəz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 15:07

“Neftçi”də 3 itki – VİDEO

blank
Premyer-liqa2023-05-17 22:06

“Sabah”dan “Sumqayıt”a 4 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-05-16 22:40

Şenol Günəşlə Cenk Tosun “Sabah”la oyun haqda – VİDEO

blank
Premyer-liqa2023-05-14 23:49

“Şamaxı” “Neftçi”dən belə xal aldı – VİDEO

blank
Ölkə futbolu2023-05-14 15:19

“Sabah”la “Beşiktaş”dan 6 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-13 23:47

“Səbail” “Qarabağ”a böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-13 21:15

“Turan Tovuz” Qəbələdən 3 xalla döndü – VİDEO

blank
Premyer-liqa2023-05-12 22:11

“Kəpəz” Zirədən 1 xalla döndü – VİDEO

blank
Ölkə futbolu2023-05-11 23:13

“Beşiktaş”ın futbolçularından “Sabah”la xeyriyyə matçına çağırış – VİDEO

blank
Digər2023-05-10 13:30

AMADA “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər keçirib – VİDEO

blank
Premyer-liqa2023-05-08 23:55

“Qarabağ”dan “Qəbələ”yə 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 22:16

“Səbail”dən Sumqayıtda əzmkar qələbə – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:53

“Turan Tovuz”dan “Neftçi”yə 4 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:38

“Futbolçularımızda “Neftçi”ni udmaq istəyi çox idi” – Ayxan Abbasov

blank
Premyer-liqa2023-05-07 18:00

“Bu məğlubiyyəti təsadüf kimi qəbul edəcəm” – Regekampf

blank
Ölkə futbolu2023-05-07 14:05

“Turan Tovuz”la matça 2 itki ilə – VİDEO

blank
Premyer-liqa2023-05-06 19:43

“Şamaxı” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Digər idman növləri2023-05-06 11:56

Hər iki seriyada hesab 2:1 oldu

blank
Premyer-liqa2023-05-05 21:35

“Kəpəz” “Sabah”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-05-05 21:04

“Sabah” – “Beşiktaş” oyununun biletləri satışda – VİDEO

Facebook

Gündəm