Ölkə kuboku
Kubokda 154-cü iştirakçı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycan Kubokunun 1/8 final mərhələsi daha bir klubun turnirdə debütü ilə əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, “Mingəçevir” tarixində ilk dəfə kubok matçında meydana çıxıb.
“Zirə”ni qəbul edən bölgə təmsilçisi bu qarşılaşmada 0:2 hesabı ilə uduzub. Mingəçevirin eyniadlı klubu ölkə kubokunun 30 illik tarixinə bu yarışda iştirak edən 154-cü komanda kimi düşüb.
Cari mövsümədək 153 klub kubokda qüvvəsini sınayıb. Yalnız “Neftçi” 31 mövsüm bu turnirdə mübarizə aparıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)