Ölkə kuboku
Kubokda üç bombardir

Azərbaycan Kubokunun 2022/2023 mövsümünün bombardirlərinin sayı üçə çatıb.
Futbolinfo.az xəbər verir ki, “Neftçi” ilə final oyununda yeganə qolun müəllifi olan İsnik Alimi turnirin ən məhsuldar futbolçularına çatıb.
Bu, “Qəbələ”nin yarımmüdafiəçisinin üçüncü qolu olub. Şimali makedoniyalı legioner Emmanuel Apeh (“Sabah”) və Franko Mazurekə (“Səbail”) şərik olub.
Ümumilikdə mövsümün 19 matçında 51 qol vurulub. Orta məhsuldarlıq 2,68-ə bərabər olub.
Bu qollara 37 futbolçu imza atıb. Fərid Nəbiyev (“Kəpəz”), Emin Mahmudov, Kenni Sayef (hər ikisi “Neftçi”), Musa Qurbanlı (“Qarabağ”), Felipe Santos, Rafael Utziq, Ramon Maçado (hamısı “Qəbələ”), Davit Volkov (“Sabah”) hərəyə 2 qola imza atıb. Digər oyunçular – Mixeil Erqemlidze, Abdullahi Şuaybu (hər ikisi “Kəpəz”), Yeqor Boqomolski (“Neftçi”), Emil Səfərov, Məqsəd İsayev, Omar Hani, Ülvi İsgəndərov (hamısı “Qəbələ” ), Coy Lens Mikels, Kristian Sebalyos (hər ikisi “Sabah”), Ədilxan Qarəhmədov, Emil Martinov, İlkin Muradov, Kizito Luvaqa, Maksim Çex, Mirabdulla Abbasov, Qoba Zakpa (hamısı “Səbail”), Ehtiram Şahverdiyev, Faiq Hacıyev, Natan Oduva, Runi Eva, Denis Marandiçi, Xəyal Nəcəfov (hamısı “Turan Tovuz”), Dmitrios Çantakias, Loris Broqno, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə (hamısı “Zirə”) isə hərəyə 1 qola sevinib.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat
- Ölkə futbolu2023-09-14 09:30
Melano “Neftçi”yə Korreanın məsləhəti ilə gəlib