Bizi izləyin

Ölkə futbolu

Kubokun finalı mövsüm bitməmiş keçirilsin – avrokuboklara görə

blank
blank

Hər ölkənin milli çempionatı, digər daxili yarışları bir-birindən fərqli olduğu kimi onların təşkilatçılığında da müxtəliflik var. Bu fərqlilik əsasən ölkənin ərazisindən, peşəkar futbol klublarının sayından, hətta iqlimindən asılı olur.

Daxili yarışların keçirilmə sistemində hansı variantın daha doğru olduğunu iddia etmək absurddur. Şərtlər bütün komandaları qane edirsə, deməli, həmin ölkə üçün ən ideal variant da məhz budur. Ona görə hansısa ölkəni nümunə götürmək doğru olmazdı. Amma bu o demək də deyil ki, nümunəvi sistemlərdən yararlanmamalıyıq.

Məsələn, Misli Premyer Liqasında komanda sayı az olsa da, 4 dövrəninin keçirilməsini nəzərə alsaq, uzun bir mövsümü geridə qoyduğumuzu söyləmək olar. Hər halda, 36 tur yetərincə uzun marafonudur. Lakin komandaların bir-birini bezdirməsi odun üstünə yağ tökür. Təsəvvür edin ki, bir komanda ilə 4 dəfə qarşlaşdığın halda, kuboka görə bu rəqəm 5-ə və ya 6-ya da yüksələ bilər. Sanki basketbolda seriya matçına çıxırsan. Belə olan halda, mövsümün “qırsaqqız” kimi uzanması heç yerinə düşmür.

Problem ondadır ki, keçmişdə necə olubsa, eyni modellə də hərəkət etməyə çalışırıq. 8 komandalı çempionatda ölkə kubokunun final matçını Premyer Liqa matçları bitəndən sonra keçirmək problem deyildi. 28 tur elə də faciəli rəqəm deyil. Amma bu mövsümdən 10 komandalı liqa təşkil edəndən sonra kubokun finalını yenə də sona saxlamaq heç yerinə düşmür. Birdən-birə 6 tur da artır və sən futbolçuları yayın cırhacırında süründürməyə davam edirsən. Vay o gündən ki, finala çıxırsan.

Məsələ ondadır ki, əvvəllər Azərbaycan Kuboku mayın 28-də keçirilirdi. Respublika Gününü belə təmtəraqlı və titullu oyunla başa vurmaq yaxşı ideya idi. Amma sonradan bu tendensiyadan vaz keçdilər. Daha doğrusu, 1-2 dəfə həmin gündə finalın təşkili ilə bağlı maneələr çıxdıqdan sonra bu ənənə unudulmağa başladı. Əslində, məhz 28 may günü belə desək, “bron” edilsəydi, bu yazını qələmə almağa dəyməzdi. Amma konkret bir gün şərt deyilsə, o zaman ölkə kubokunun təqviminə əl gəzdirmək pis olmazdı.

Təklif edirik ki, ölkə kubokunun final matçı Premyer Liqada mövsüm başa çatmamış keçirilsin. Onsuz da Azərbaycan Kuboku 1/32 və ya 1/16 final mərhələsindən başlamır. I diviziondan ora maksimum 4 komandanı qoşub  1/8 final mərhələsindən başlayaraq 4 mərhələ ilə turnirin “başını bağlayırlar”. Fransa və Almaniya kimi ölkələrdə region liqalarında çıxış edənlər bu turnirdə oynadığı halda, PFL peşəkarlıq və lisenziya amillərini qabardaraq Region Liqasında oynayan klublara bu imkanı yaratmır. Lisenziyanı Premyer Liqada oynamaq imkanı olan komandalara təqdim edirsiniz, əcəb edirsiniz, amma kubokda belə bir öhdəlik yoxdur. Region Liqası klublarının infrastukturla bağlı problemləri üzündən belə addım atılırsa, belə dar çərçivədə kubok yarışı təşkil edilirsə, final da çempionatdan əvvəl baş tuta bilər.

“Böyük beşlik” ölkələrində belə formatdan istifadə edənlər var. Məsələn, bu mövsüm İspaniya çempionatı davam etdiyi halda, artıq kubok yarışına çoxdan yekun vurulub. Mayın 7-də İspaniya Kubokunun finalında “Real” “Osasuna”nı 2:1 hesabıyla məğlub etdiyini xatırlayarsız. Fransa da aprelin 29-da “Tuluza” “Nant”ı 5:1 hesabıyla məğlub edərək ölkə kubokunu qazandı. İtaliya Kubokunun finalı isə srağagün keçirildi və “İnter” “Fiorentina”nı 2:1 hesabıyla məğlub etdi. “Böyük beşlik”də yalnız Almaniya və İngiltərədə kubok finalları çempionat başa çatdıqdan sonra təşkil edilir.

Doğrudur, mövsümün sonunda Almaniya və İngiltərə Kubokunda finala çıxan komandaların oyunçuları da yorğun olur. Digər komandaların futbolçuları çimərlikdə dincəldiyi vaxt onlar futbol haqda fikirləşməlidir. Amma orada oynayan futbolçular üçün ölkə kubokunun dəyəri var. Almaniya və İngiltərədə yaşadığın hər gündən həzz almağa dəyər. Bu başqa ölkələrdə də belədir. Məsələn, Türkiyə də də kubokun final matçı Superliqa bitəndən sonra keçirilir. Amma yenə də Türkiyədə futbolçular ən pis halda skautların diqqət mərkəzində olduğunu anlayır.

Bizim klublar üçün avrokubok mövsümünün erkən başlamasını da nəzər almaq lazımdır. Builki finalda oynayacaq “Neftçi  ilə “Qəbələ”nin oyunçuları iyunun 3-də ölkə kubokunda həlledici matça çıxacaq, 10-15 günlük istirahətə gedəcək, sonra qayıdıb yeni mövsümə hazırlaşacaq. Finala “Qarabağ” çıxsaydı, ağdamlıların vəziyyəti daha kritik olardı. Çünki Çempionlar Liqasında mübarizəyə daha erkən start verilir. Çempionluğa oynayan “Qarabağ”ın futbolçusu titul qazanacağını bildiyi halda kubokun finalının iyunun 3-də keçiriləcəyini bilib martda 1/4 final mərhələsində meydanda can qoymağı arzulamaz. Titul yaxşı şeydir, amma bildiyin Azərbaycan kubokudur da.

Gördüyünüz kimi, son 10 ildə 9 dəfə Azərbaycan çempionu olan “Qarabağ” bu müddət ərzində yalnız 4 dəfə ölkə kubokunu qazanıb. Eyni komandalardır, niyə burada da eyni qəhrəmanlığ təkrarlamasın? Əsla demirik ki, burada kubokun gec başa çatmasının böyük rolu var. Sadəcə, bu komandanın legionerləri turnirə Premyer Liqa kimi ciddi yanaşmır. Ümumiyyətlə, avrokuboklara ayırdıqları diqqəti heç ölkə çempionatına əks etdirmirlər, o ki qala kuboka. Ona görə təqvimi nəzərə alıb burada da motivasiyasız oynayırlar. Halbuki, kubokun finalı erkən keçirisəydi, rəqibləri onların əlindən almaq mümkün olmayacaqdı.

ABBAS

Reklam

Reklam


blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Ölkə futbolu2023-09-16 19:20

Rəfiyevin məntiqi: qanunu ayaqla, qazancını hesabla

blank
Premyer-liqa2023-09-16 19:01

“Neftçi” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-16 17:52

“Kəpəz” “Səbail”ə böyük hesabla uduzdu

blank
Ölkə futbolu2023-09-16 17:37

“Kəpəz” – “Səbail” matçında topdaşıyan huşunu itirdi

blank
Ölkə futbolu2023-09-16 17:32

“Zaqatala”da danışılmış oyunlarla bağlı seminar keçirildi

blank
Ölkə futbolu2023-09-16 17:09

“Sumqayıt”dan İdman Arbitraj Məhkəməsinin qərarı ilə bağlı bəyanat

blank
Digər idman növləri2023-09-16 16:42

Dünya Qadın Seriyası: “Neftçi” qrup səddini adladı

blank
Ölkə futbolu2023-09-16 16:24

Gəncədə istefa şüarları

blank
Ölkə futbolu2023-09-16 16:00

XXI əsrin rekordları: 34 klub, 44 komanda

blank
Ölkə futbolu2023-09-16 15:35

“Sumqayıt” “200”ə Kristianla çatdı

blank
Premyer-liqa2023-09-16 15:27

15 ildə 8-ci dəfə ilk 15 dəqiqədə

blank
Ölkə futbolu2023-09-16 14:41

Elnur Çodarov: “Hüquqlarımı qorumaq məcburiyyətində idim”

blank
Digər idman növləri2023-09-16 14:20

Fiqurlu konkisürmədə hindistanlı idmançıdan unikal göstərici

blank
Ölkə futbolu2023-09-16 14:07

“Zəngəzur” yarımfinalda məğlub oldu

blank
Digər idman növləri2023-09-16 13:56

İspaniyada federasiyaya qadın rəhbərlik edəcək

blank
Ölkə futbolu2023-09-16 13:24

“Neftçi”nin zədəli futbolçularının son durumu açıqlandı

blank
Dünya futbolu2023-09-16 12:00

PSJ-də itki

blank
Milli komanda2023-09-16 11:20

Yığmamızın iki oyun üçün heyəti açıqlandı

blank
Ölkə futbolu2023-09-16 11:02

Nailə Rüstəmzadə əsl günahkarları nişan verdi: “Belə qərarın altında qol çəkməyə utanardım”

blank
Digər idman növləri2023-09-16 10:54

AÇ-də uğur qazanan şahmatçılarımız Bakıya qayıtdılar

blank
Ölkə futbolu2023-09-16 10:43

“Zirə”yə hakim də mane ola bilmədi

blank
Dünya futbolu2023-09-16 09:00

“Eyndhoven”dən Ozan Canlı heç-heçə

blank
Dünya futbolu2023-09-16 08:29

Dadaşovlu “Dinamo”dan darmadağın

blank
Premyer-liqa2023-09-16 08:00

“Kəpəz” “Səbail”ə, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2023-09-16 01:15

“Alaves” səfərdən xalsız döndü

blank
Dünya futbolu2023-09-16 01:02

PSJ doğma meydanda uduzdu

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

Facebook

Gündəm