Patrik Kutrone “Komo”da qalacaq. A Seriyasına vəsiqə qazanan klub yeni transferlərlə yanaşı, xidməti olan futbolçularını da unutmur.

Futbolinfo.az xəbər verir ki, “Milan” yetirməsi gələn yay başa çatacaq anlaşmasının müddətini uzatmaq niyyətindədir. Tərəflər yeni üçillik müqavilənin detallarını razılaşdırıb.

26 yaşlı hücumçu “Fiorentina”, “Vulverhempton”, “Valensiya” və “Empoli”də də çıxış edib. O, İngiltərə klubundan ayrıldıqdan bəri – iki ildir “Komo”da çıxış edir.

Shares: