“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniya millisinin və “Vilyarreal”ın mərkəz müdafiəçisi Pau Torresi transfer edib.

26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni klubunda 14 nömrəli formanı geyinəcək.

İngiltərə klubu bu transfer üçün 33 milyon avro ödəyəcək.

“Vilyarreal”ın yetirməsi olan futbolçu bu komandada keçirdiyi 173 oyunda 12 qol vurub. O, İspaniya yığmasında da 23 oyun keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp