Dünya futbolu
La Liqanın rekordunu təkrarladı

İspaniyanın “Betis” klubunun futbolçusu Xoakin Sançes karyerasının son oyununda La Liqanın rekordunu təkrarlayıb.
Futbolinfo.az xəbər verir ki, 42 yaşlı yarımmüdafiəçi buna “Valensiya” ilə 1:1 hesablı heç-heçə etdikləri matçda meydana çıxmaqla nail olub.
Təcrübəli oyunçu yerli çempionatda 622-ci görüşünü keçirib. O, bu göstəricidə “Barselona”nın sabiq qapıçısı Andoni Subisarretaya çatıb. İlk “3-lüy”ü hazırda “Atletik”in (Bilbao) uğurları üçün çalışan Raul Qarsiya (589) tamamlayır.
İspaniya millisinin sabiq üzvü ölkəsində “Valensiya” və “Malaqa”nın da formasını geyinib.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat
- Ölkə futbolu2023-09-14 09:30
Melano “Neftçi”yə Korreanın məsləhəti ilə gəlib