Dünya futbolu
La Liqaya yüksələn 2 komanda məlum oldu

Futbol üzrə İspaniya La Liqasına yüksələn iki komanda məlum olub.
Futbolinfo.az xəbər verir ki, Sequndanın 42-ci turunda keçirilən oyunlardan sonra “Qranada” və “Las Palmas” elitaya vəsiqə qazanıblar.
“Qranada” son turda “Leqanes”i (2:0) üstələyərək, Sequndanın qalibi olub. “Alaves”lə qolsuz bərabərə qalan “Las Palmas” isə mövsümü ikinci pillədə başa vurub.
Elitaya yüksələcək üçüncü komandanı müəyyənləşdirmək üçün “Levante”, “Alaves”, “Eybar” və “Albasete” arasında iyunun əvvəllərində pley-off oyunları keçiriləcək.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə