Şotlandiya millisinin baş məşqçisi Stiv Klark dünən İsveçrə ilə keçirilən oyunu dəyərləndirib. O, AVRO-2024-ün qrup mərhələsinin II turunun 1:1 hesabı ilə başa çatan oyunundan sonra mətbuat konfransında danışıb.

59 yaşlı mütəxəssis ilk oyundan fərqi olaraq ikinci matçda yaxşı çıxış etdiklərini bildirib: “Öz oyunumuzu göstərə biləndə yaxşı kollektivə çevrilirik. Almaniya ilə oyunu unutmalıyıq, çox ağır gecə idi. Bu gün hücuma keçmək, top qovmaq və rəqibin cərimə meydançasında təhlükə yaratmaq əzmindəydik. İsveçrə çox yaxşı komanda olsa da, layiq olduğumuz xalı qazandıq”.

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün A qrupunun matçında Şotlandiya İsveçrə yığması ilə heç-heçə edib – 1:1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp