“Los-Anceles Leykers”in lideri Lebron Ceymsin Milli Basketbol Assosiasiyasındakı gələcək karyerası ilə bağlı qərarı haqda xəbər vermişdik.

Məlum olduğu kimi, Ceyms Los-Anceles klubu ilə iki il müddətinə yeni müqavilə imzalamağa razılaşıb və bu müqaviləyə əsasən o, 104 milyon dollar qazanacaq.

Maraqlıdır ki, bu, əfsanəvi oyunçu Maykl Cordanın bütün karyerasında aldığından çoxdur. MBA-da olduğu müddətdə Cordan klublarla müqavilələrdən 93 877 500 dollar qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp