AÇ-2024
Levandovski Polşanın AÇ-dəki ilk oyununu buraxacaq
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Polşa millisinin futbolçusu Robert Levandovski Almaniyada keçiriləcək Avropa çempionatında komandasının ilk oyununu buraxacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə yığmanın həkimi Yatsek Yaroşevski məlumat verib.
O, təcrübəli hücumçunun iyunun 10-da Türkiyə ilə yoldaşlıq matçında (2:1) zədələndiyi üçün iyunun 16-da Niderlandla qarşılaşmada meydana çıxmayacağını söyləyib.
Həkim forvardın bud əzələsində problem aşkarlandığını diqqətə çatdırıb və növbəti iki görüşdə meydana çıxması üçün əllərindən gələni edəcəklərini söyləyib.
Polşa millisi iyunun 21-də Avstriya, 25-də isə Fransa ilə üz-üzə gələcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)