Romelu Lukaku “İnter”də qala bilər. Belçikalı futbolçu müqavilə ilə məxsus olduğu “Çelsi”yə qayıtmaq istəmir.

Futbolinfo.az xəbər verir ki, milanlılar onun transferi üçün İngiltərə klubuna ikinci təklifini göndərib. “İnter” 30 milyon avro təklif edir, londonlular isə daha böyük məbləğ istəyir. Səudiyyə Ərəbistanından daha ciddi dəvətlər olsa da, Romelu Avropada qalmaq istədiyindən bağlı olduğu klubla icarədə oynadığı klubun razılığa gələcəyinə ümid edir.

“İnter” 30 yaşlı oyunçunu 2011-ci ildə 113 milyon avroya “Çelsi”yə satmışdı. Lakin burada özünü doğrultmayan hücumçu yenidən “İnter”ə icarəyə göndərildi. Hazırda londonlular xidmətinə ehtiyac duymadığı, lakin üçillik müqaviləsi olan forvarddan qurtulmağa çalışır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp