Dünya futbolu
Mərakeş millisinin üzvü La Liqa klubunda

İspaniyanın “Valyadolid” klubu heyətini yeni futbolçularla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi Mərakeş millisinin və Belçikanın “Standard” (Lyej) klubunun yarımmüdafiəçisi Selim Amallanı heyətinə qatıb.
İspanlar bu transfer üçün “Standard”a 1 milyon avro ödəyiblər. 26 yaşlı futbolçu ilə müqavilə isə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub.
Amalla Belçikada “Muskron” və “Tubize” klublarının da formasını geyinib. O, 2019-cu ildən formasını geyindiyi “Standard”da 97 oyuna 31 qol vurub. Yarımmüdafiəçi Mərakeş millisində də 30 oyuna 4 qol vurub.
“Valyadolid” İtaliyanın “Verona” klubundan Martin Honqlanı, Lissabon “Sportinq”indən isə Jovane Kabralı da icarəyə götürüb. Hər iki futbolçu bu mövsümün sonunadək icarəyə götürülüb. Honqlanın müqaviləsində satınalma da nəzərdə tutulub.
“Valyadolid” yarımmüdafiəçisi Xuan Narvaesi “Leqanes”ə, hücumçusu Şon Veysmanı isə “Qranada”ya icarəyə verib. Onlar bu mövsümün sonunadək icarədə olacaqlar. Zuhair Feddal isə La Liqa klubundan birdəfəlik ayrılıb.

- Ölkə futbolu2023-03-29 09:00
İTV üçün siyahı – sabaha saxlamayın!
- Ölkə futbolu2023-03-30 09:00
AFFA vaxtı uzatdı, İK üzvləri özünü ifşa etdi: futbolu dərindən bilməyən də var, rusdilli olduğu üçün müzakirədən qaçan da
- Ölkə futbolu2023-03-29 16:39
Əcnəbilər üçün xərclənən milyonlara neçə akademiya tikmək olardı?
- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”