Dünya futbolu
Məsut Özil “tamam” dedi

Məsut Özil karyerasını başa vurur. Almaniya yığmasının türk əsilli futbolçusu butslarını mıxdan asmağı lazım bilib.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi tezliklə “Başakşəhər”lə müqaviləsini pozacaq. “Kayserispor”la son oyundakı (0:1) çıxışına görə tənqid olunan Məsut bu gün məşqə gəlməyib və komanda yoldaşlarına təqaüdə çıxdığını bildirib. Klub Özillə mövcud müqaviləyə qarşılıqlı razılıqla xitam verməyə hazırlaşır.
Peşəkar karyerasına “Şalke”də başlayan, “Verder”, “Real”, “Arsenal” və “Fənərbaxça”da oynayan Özilin yayda keçdiyi “Başakşəhər”lə 6 aylıq müqaviləsi qalır. O, Almaniya millisinin formasında 92 matça çıxaraq 23 qol vurub, 2014-cü ildə dünya çempionu olub.

- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”
- Ölkə futbolu2023-03-31 11:34
Amin Ramazanov İkardi ilə nədən danışıb?
- Premyer-liqa2023-03-31 17:23
“Turan Tovuz” “Sumqayıt”a doğma meydanda uduzdu
- Ölkə futbolu2023-03-31 10:45
Qurban Qurbanov Şahruddinlə bağlı risk etməyəcək