Ölkə futbolu
Mahir bir həftə nəzarətdə olacaq

Azərbaycan millisinin heyətindən çıxarılan “Konyaspor”un futbolçusu Mahir Emrelinin son durumu bəlli olub. Zədə üzündən yığmanın düşərgəsinə gəlməyən hücumçunun qasıq nahiyyəsində ağrılar var.
Türkiyə mətbuatının yazdığına görə, 26 yaşlı həmyerlimiz bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək.
Xatırladaq ki, Mahir “Konyaspor”un Türkiyə Superliqasının 26-cı turunda evdə “Qalatasaray”a 2:1 hesabı ilə qalib gəldiyi oyunda zədələnib.

- Ölkə futbolu2023-06-07 08:45
Nigeriyalılar da “Kəpəz”dən gedir
- Ölkə futbolu2023-06-08 15:17
“Qarabağ”da daha bir vida – Aftandil Hacıyevlə əvəzlənəcək
- Müsahibə2023-06-07 10:15
Georgiyevski: “Çempiondan 22 xal geri qalmaq “Neftçi” kimi komandaya yaraşmaz”
- Ölkə futbolu2023-06-07 08:30
Nicat Mehbalıyev yenidən “Qəbələ”də!