Dünya futbolu
Mahirin komandasından “qızıl dubl”
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Xorvatiya kubokunun qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su həlledici oyunda “Riyeka” ilə qarşılaşıb.
Zaqrebdə keçirilmiş ilk oyunda qol vura bilməyən “Dinamo” səfərdə 3:1 hesabıyla qalib gəlməklə növbəti tituluna sahib çıxıb.
Mahir bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Xatırladaq ki, bu, “Dinamo”nun Xorvatiya kubokunda 16-cı zəfəridir.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)