Dünya futbolu
Mahirli “Konyaspor” səfərdən xalsız döndü

Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” da bu gün növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Sivasspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan xalsız ayrılıb – 0:1.
Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
“Konyaspor” hazırda 49 xalla 7-ci pillədə qərarlaşıb.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat