Paolo Maldini bir müddət istirahət etməyi planlaşdırır. “Milan”ın əfsanəsi aktiv fəaliyyətə dönməyə tələsmir.

Futbolinfo.az xəbər verir ki, yayda “Milan”ın idman direktoru postundan ayrılan sabiq müdafiəçiyə bir neçə dəvət gəlib. Ən son olaraq ötən həftə Səudiyyə Ərəbistanı klublarından biri idman direktoru postuna əyləşməsi üçün ona təklif göndərib. Lakin Maldini rədd cavabı verib.

“Milan”ın son çempionluğunda böyük pay sahibi olan Paolo ciddi layihədə işləmək istəyir. Bu səbəbdən o, daha cəlbedici təklif gələnədək gözləmək niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp