Digər idman növləri
Malik Həsənovdan lisenziya turnirində uğurlu start
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.
Futbolinfo.az xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü ilk görüşündə polşalı Bartlomey Roskovijlə qarşılaşıb.
Həsənov hər 3 raundu xeyrinə bitirib. 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz 1/16 finala yüksəlib. O, ikinci görüşündə Çol Man Çoe (Şimali Koreya) ilə üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.
Qeyd edək ki, bu gün axşam sessiyasında Sərxan Əliyev (71 kq) də rinqə çıxacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Milli komanda2024-06-07 22:50
Millimiz Albaniyaya məğlub oldu
- Ölkə futbolu2024-06-08 10:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Müsahibə2024-06-07 14:54
Cica “Qarabağ”da qalmaq istəyir: “Başqa məsələlər barədə nəsə deyə bilmərəm”
- Müsahibə2024-06-07 17:19
20 ilin Aslanı: “Elxan Səmədovun xəstəxanadakı palatası iclas otağımız oldu”