Dünya futbolu
Mbappe ən yaxşı seçildi

Fransa çempionatında mövsümün ən yaxşıları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe Fransa Milli Peşəkar Futbolçular İttifaqı tərəfindən mövsümün ən yaxşı oyunçusu elan edilib.
PSJ-nin digər futbolçusu Nuno Mendes mövsümün ən yaxşı gənc oyunçusu seçilib.
Mövsümün ən yaxşı qapıçısı adını “Lans”ın qolkiperi Bris Samba qazanıb.
Ən yaxşı məşqçi adına isə “Lans”ın baş məşqçisi Frank Ez layiq görülüb.
Fransadan kənarda çıxış edən mövsümün ən yaxşı fransalı futbolçusu isə Madrid “Real”ının hücumçusu Kərim Benzema elan edilib.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat