Bizi izləyin

Layihə

MDB oyunları nə üçün önəmlidir?

blank
blank

Bu yay beynəlxalq idman təqvimində iki irihəcmli yarış var idi. Onlardan biri Yay Universiadası, digəri isə MDB dövlətlərinin mübarizə apardığı yarış idi. Hər ikisində Azərbaycan böyük bir komanda şəklində iştirak etdi.

Azərbaycan mətbuatında hər iki yarış və orada iştirakla bağlı müxtəlif fikirlər səslənir. Bir hissə belə oyunlarda iştirakın düzgün olmadığını qeyd edir. Başqa bir hissə nəticələrə fikir verərək tənqidi fikirlərini söyləyir.

Universiada ilə bağlı əksər fikirlər eyni olsa da, MDB oyunları ölkəmizdə birmənalı qarşılanmır. Bu da başadüşüləndir. Müstəqilliyi 30 ildən artıqdır ki, qazanan ölkələr keçmişin həsrəti ilə yaşamamalıdır. MDB oyunları məhz bunu xatırladır. Sanki oyunlar nostalji hissləri yaşamaq üçün təşkil edilib.

Dünya praktikasında Olimpiya Oyunlarından başqa da kiçikhəcmli belə yarışlar mövcuddur. Ancaq onların əksəriyyəti regional xarakter daşıyır və siyasi kontekstə malik deyil. Misal üçün, Aralıq dənizi oyunları, Panamerikan oyunları və s…

Məhz siyasi məna daşıdığına görə MDB oyunları ölkə tamaşaçısı tərəfindən sevilmir. Son vaxtlar keçmiş SSRİ məkanında baş verən hadisələr bu tendensiyanı bir qədər də qabarıq edib. Qazaxıstanda baş verən hadisələr, Rusiya – Ukrayna müharibəsi və digər münaqişələr regionda münasibətlərin yaxşı olmadığından xəbər verir. Bu vəziyyətdə belə bir oyunların keçirilməsinin doğru olub-olmadığı sualı ortaya çıxır.

blank

Məsələyə siyasi tərəfdən baxdıqda oyunların bizim üçün lazımsız olduğunu görə bilərik. Ancaq idman yarışları olduğuna görə biz siyasətdən bir qədər uzaq duraq. Bu rakursdan baxdıqda iştirakın vacibliyini qeyd etmək olar. İlk növbədə idmançılar üçün beynəlxalq praktikanın faydasını vurğulamaq lazımdır. Bu gün Azərbaycan idmanının hansı vəziyyətdə olduğu heç kimə sirr deyil. Son illərdə idmanımız geriyə addımlamaqla məşğuldur. Bir neçə il əvvəl bəh-bəhlə qeyd etdiyimiz qələbələrin perspektivə hesablanmamış artıq pul xərci olduğu indi üzə çıxır. Ani zəfər üçün milyonların göyə sovrulduğu ölkədə gec-tez belə bir vəziyyət yaranmalıydı. Medal hesabını artırmaq üçün legionerlərin gətirilməsi gələcəyə hesablanmamış addımlar idi.

Bu gün ölkə idmanı elə bir səviyyədədir ki, istənilən beynəlxalq miqyaslı yarışlarda iştirakdan maksimum faydalanmalıdır. MDB oyunları da bu qəbildən olan yarışlardandır. Adı cəmiyyətdə hər nə qədər ikrah hissi yaratsa da, idmançılarımız üçün normal səviyyəyə malik rəqiblərlə yarışmaq çox faydalıdır. Məhz buna görə MDB oyunlarında iştirakı düzgün addım saymaq lazımdır.

Məlum olduğu kimi, gələn yay Olimpiya Oyunları keçiriləcək. İdmanımızın hansı səviyyəyə yuvarlandığını orada real şəkildə görmək mümkün olacaq. Həmin yarışlara qədər idmançılarımız məhz bu cür turnirlərdə müəyyən qədər güclərini artıra bilərlər.

Əslində, MDB oyunları daha çox Rusiyaya lazımdır. Xüsusilə də dünya idmanından təcrid edilmiş indiki vaxtda belə tədbir şimal qonşularımız üçün yeganə böyük yarış meydanıdır. Böyük gücə malik Rusiya idmanı öz əzəmətini göstərmək üçün arena tapa bilmir. Təcrid edilmiş dövlət üçün yeganə çıxış yolu “dost ölkələr”lə yarışmaqdır. Belə ölkələrin isə sayı elə də çox deyil. Rusiya üçün oyunlar bu mənada vacibdirsə, digərlərinin hərəsinin öz məqsədi var.

Yarışlarda MDB-yə daxil olmayan daha 13 dövlət komanda kimi iştirak edirdi. Onların əksəriyyəti Rusiya siyasətinə dəstək verənlər idi. Bəziləri isə beynəlxalq yarışlarda 50 ildən bir medal qazanan cılız idman ölkələri idi. Bütün bunları qeyd etməkdə məqsəd oyunların səviyyə baxımından çox aşağı olmasını göstərməkdir.

Azərbaycan oyunlarda ümumi medal sıralamasında 4-cü oldu. 2 il əvvəl keçirilən ilk MDB oyunlarında da ölkəmiz 4-cü yeri tutmuşdu. Əsas məqsəd növbəti oyunlarda irəliləməkdir. Çünki növbəti oyunların keçiriləcəyi yer də Azərbaycandır. Çoxları bu qərara da yaxşı baxmırlar. Amma oyunların Gəncədə keçirilməsi fikirləri dəyişir. Əvvəla, onsuz da sıx olan Bakıda bir qədər də sıxlığın yaranması şəhər əhalisi tərəfindən istənilən yarışa qarşı nifrət yaradır. Bakıda keçirilməyəcəyinə görə ən azından bu hiss olmayacaq.

Yarışın Gəncədə keçirilməsi ölkəmizin tək paytaxtdan ibarət olmadığını göstərmək baxımından vacibdir. Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Qafqazın incilərindən olan bu şəhəri tanıtmaq lazımdır. Bu gün Nizami Gəncəvini özününküləşdirmək uğrunda böyük mübarizə gedir. Gəncədə keçiriləcək 3-cü MDB oyunları zamanı bu mənada rəqiblərə ciddi zərbə vurmaq olar.

blank

Ancaq başqa bir tərəfdən də baxmaq vacibdir. Bu ay paytaxtımızda iki mötəbər yarış var idi. Onlardan biri 17 yaşlı qızlardan ibarət həndbolçuların Avropa çempionatı, digəri isə şahmat üzrə dünya kuboku. Hər ikisində idmançılarımız uğursuz çıxış etdilər. Xüsusilə də həndbolçu qızlarımızın rəqiblər qarşısında acizliyini qeyd etməliyik. Böyük şahmat ənənəsi olan bir ölkənin ilk mərhələlərdə itkilərə düçar olması da uğursuzluq sayılmalıdır. Xoşbəxtlikdən yalnız Nicat Abbasov xeyli irəliləməklə tamaşaçıları müəyyən qədər sevindirib.

Universiada ilə bağlı o qədər də çox deyiləsi şey yoxdur. Əvvəla, bu oyunlarda iştirak vacibdir. Siyasətdən uzaq olan yarışlar gənc idmançılar üçün mübarizə meydanıdır. Burada biz başqa məsələni qabartmalıyıq. Universiadada komandamız bir dənə də olsun qızıl medal qazanmadı. Ümumi sıralamada da 38-ci yeri tutdu. Bundan əvvəlki yarışlarda qazanılan qızıl medal o qədər şişirdilirdi ki, cavabdeh şəxslər bu gün uğursuzluğa görə istənilən tənqidə dözümlü olmalıdırlar.

Yəni, Universiada şişirdiləsi bir yarış deyil. Əsl səviyyə olimpiadada bilinir. Universiada, MDB, Avropa oyunları – bunların hamısı məhz Olimpiya Oyunlarına hazırlıq xarakteri daşımalıdır. Biz isə lazımsız yarışlardan gələn medallarla hələ də fəxr etməklə məşğuluq. Bu düşüncə tərzi ilə ölkədə idmanı dayanıqlı səviyyəyə qaldırmaq mümkün olmayacaq. Uğurlarımız təsadüfi və ani xarakter daşıyacaq, havayı yerə havaya pullar sovrulacaq.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2023-09-09 13:23

“Zirə” ÇL-də finala yüksələ bilmədi

blank
Müsahibə2023-09-09 13:00

Rəşad Sadiqov əcnəbi məşqçi istəmir: “Azərbaycanda futbolçu qıtlığı pik həddə çatıb”

blank
Milli komanda2023-09-09 12:32

De Byazi 3 futbolçuya Belçika ilə oyunda ehtiyac duymadı

blank
Ölkə futbolu2023-09-09 12:16

“Qarabağ” qrup oyunları üçün yekun iştirak ərizəsini açıqladı

blank
Digər idman növləri2023-09-09 11:53

“US Open”də finalçılar məlum oldu

blank
Müsahibə2023-09-09 11:32

Sayef belçikalılara hər şeydən danışdı: “Burada hətta mafiya da yoxdur”

blank
Dünya futbolu2023-09-09 10:58

Braziliya millisindən yeni rekord

blank
Dünya futbolu2023-09-09 09:37

7,36 milyard dollarlıq bazarlıq: almanlar hamıdan çox qazanıb

blank
Dünya futbolu2023-09-09 09:00

Azarkeşlərə görə “Sabah”ı yox, “Aris”i seçdi

blank
Dünya futbolu2023-09-09 08:31

AÇ-2024: İngiltərə Ukraynaya, İtaliya Şimali Makedoniyaya qarşı

blank
Milli komanda2023-09-09 08:12

Millimiz Belçikaya qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2023-09-09 00:56

Türkiyə millisi xal itirdi, İspaniya və Xorvatiya darmadağına sevindi

blank
Digər idman növləri2023-09-09 00:19

“Sabah” Serbiya klubuna uduzdu

blank
Digər idman növləri2023-09-08 23:03

Azərbaycanın 2 cüdoçusu Avropa üçüncüsü oldu

blank
Ölkə futbolu2023-09-08 22:33

ÇL: “Zirə” yarımfinala çıxdı, “Birbaşa Bakı” dayandı

blank
Digər idman növləri2023-09-08 22:01

Millimizin üzvləri Şəkidə uşaq və yeniyetmə idmançılarla görüşdülər

blank
Digər idman növləri2023-09-08 21:40

Azərbaycan güləşçilərindən Rumıniyada 3 medal

blank
Ölkə futbolu2023-09-08 21:03

“Kəpəz” “Zaqatala”ya qalib gəldi

blank
Ölkə futbolu2023-09-08 20:13

“Şamaxı” Türkmənistan klubuna darmadağınla qalib gəldi

blank
Dünya futbolu2023-09-08 19:50

Rodri narahatdır: “Avropa futbolu uduzur”

blank
Dünya futbolu2023-09-08 19:35

Menyanla yeni müqavilə üçün danışıqlar başladı

blank
Müsahibə2023-09-08 19:14

Vidadi Rzayev: “Yığmaya milyonlar xərcləyib əcnəbi məşqçi gətirmək lazım deyil”

blank
Digər idman növləri2023-09-08 18:55

ABŞ finalda olmayacaq

blank
Digər idman növləri2023-09-08 18:38

Ən sürətli texnologiya hansıdır?

blank
Milli komanda2023-09-08 18:22

“Yaxşı nəticə ilə xalqımızı sevindirmək niyyətindəyik”

blank
Ölkə futbolu2023-09-08 18:10

“Neftçi” bu il də çempion olmasa…

blank
Milli komanda2023-09-08 18:04

“Cəsarətli olmalıyıq” – Canni De Byazi

blank
Dünya futbolu2023-09-08 17:55

Mutunu “Qalatasaray”ın əfsanəsi əvəzlədi

blank
Digər idman növləri2023-09-08 17:40

Azərbaycan qran-prisini qazanan pilot əlindəki tikişləri göstərdi

blank
Ölkə futbolu2023-09-08 17:25

Yoxlama oyununun başlama saatı məlum oldu

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:05

“Qarabağ”dan Finlandiya klubu üzərində çətin qələbə – VİDEO

blank
Ölkə futbolu2023-08-09 17:14

“Növbəti mərhələyə ilk addımı birlikdə ataq!” – VİDEO

Facebook

Gündəm