MBA-da bu keçirilən oyunda “Orlando Mecik” doğma meydançada “Vaşinqton Vizards”ı qəbul edib. Görüş meydan sahiblərinin 130:125 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu, Orlando təmsilçisi üçün tarixinin rekord seriyasının təkrarlanması olub. “Mecik” ardıcıl 9-cu oyunu qələbə ilə bitirib.

Xatırladaq ki, komandanın tarixi ərzində 3 dəfə belə seriya baş verib. 1994, 2001 və 2011-ci illərdə də Orlando komandası 9 ardıcıl qələbə ilə yadda qalıb.

Oyunda ən məhsuldar basketbolçu Frants Vaqner olub. Onun aktivində 31 xal var. Komandanın liderlərindən Paolo Bankero isə 28 xal toplayıb. Paytaxt komandasının heyətində 27 xal toplayan Kuzmanı qeyd etmək olar.

Shares: